Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl

    Dahi şair Nizami Gəncəvinin dediyi kimi: “hər bir kitab elmə yiyələnmək istəyən şəxs üçün bir xəzinədir”.
    Kitabları oxuduqca elmin sirlərinə daha yaxından bələd oluruq. İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasına səbəb yazı materialları olub.
    Müasir dövrdə bütün məlumatların elektronlaşması sayəsində insanlar az mütaliə edirlər. Hər hansı bir əsəri kitabdan oxuyarkən insanın təfəkkürü zənginləşir, dünyagörüşüşü artır. Psixoloqlar insanın kitab oxumaqla stresdən xilas olduqlarını deyirlər. İnsanın yaradıcılıq qabiliyyətinin artmasında kitabların böyük rolu vardır.
    Keçmişdə avam insanların təbiət hadisələrini şər qüvvələrlə əlaqələndirməsi onların təbiət elmlərindən bixəbər olmasının nəticəsi idi.
    Kitablar bizim həyatımızın bəzəyidir.
    Hazırda Azərbaycanda Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mlli Kitabxanası, Prezident Kitabxanası, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və digər zəngin kitabxanalar fəaliyyət göstərir. Adamlar kitablardan xalqının xeyir-şərini başa düşür, onun düşmənlərini tanıyır, millət üçün nəyin xeyir və ya zərər gətirəcəyini bilir. Ölkəmizi qorumaq üçün savadlı gənclər lazımdır. Buna görə də respublikamızda məktəblər dərsliklərlə pulsuz təmin edilir. Kiçik yaşlı nəsil öz gələcəyinin rəngarəng olması üçün kitab xəzinəsindən dürrləri daha çox yığmalıdırlar.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 09:04

İsmarıclar bağlıdır.