Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl

    “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin növbəti tədbiri Tərtərdə olub.
    Şəhərin Gənclər Mərkəzində keçirilən tədbiri təşkilatın sədri Sevinc Əzimbəyli giriş sözü ilə açıb. O, milli vətənpərvərlik ruhunun gənclərimizə aşılanmasından geniş söz açıb.
    Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qəhrəman Tərtər şəhidlərinin timsalında Vətən üçün canından keçən bütün şəhidlərimizin əziz ruhlarına dua oxuyub.
    O, milli və dini kimliyin vəhdətindən, ölkəmizdə istər dinlərarası, istərsə də məzhəblərarası mövcud olan tolerant münasibətlərin yüksələn xətt üzrə inkişafından söz açıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov, icra hakimiyyətində dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə təmsilçisi Pərviz Eyvazov, Tərtər “Cümə” məscidinin imam müavini Məhərrəm Rəhimov və digərləri çıxış edərək, bu silsilə tədbirlərin son dərəcə gərəkli olduğunu diqqətə çatdıraraq, təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.
    Sonda Camal Əzimbəyli şəxsi vəsaiti hesabına 15 aztəminatlı ailəyə ərzaq yardımı edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:26

İsmarıclar bağlıdır.