Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    Prokurorluq1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında ona üzv dövlətlərin, bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sülhə sadiqliyini sübut edən xüsusi bir vaxt təyin edirmiş və beləliklə, sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir.
    Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaq-görənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa, dayandırılmasına, regionda sabitliyin yaranmasına nail olmuşdur.
    Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması yolunda ardıcıl tədbirlər görülmüşdür. Lakin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam etdirərək beynəlxalq sülhün tələblərini pozur.
    ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı Ümummilli Liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdu. Ümummilli Lider tolerant- lıq, dünyəvilik istiqamətində milliliyi, Qafqazda sülhü qoruyub saxlamağı başlıca amil hesab edərək demişdir: “Biz zor işlədilməsinə əsaslanan düşmənçilik dünyasından əməkdaşlıq və tərəqqi dövrünə aparan tunelin axırında işıq görürük və bu yol ilə birlikdə, dünyanın bütün ölkələri və xalqları ilə əl-ələ verib getməyə hazırıq”.
    Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında “ümumbəşəri dəyərlərə sadiq ola- raq, bütün dünya xalqları ilə dost-luq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur.
    Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmişdir. Dahi şəxsiyyətin 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi faktı bunun ən gözəl nümunəsidir. Ulu Öndərin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Təsadüfi deyildir ki, Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. “Azərbay-can sülhün, təhlükəsizliyin qaran – tıdır”, – deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar.
    2004-cü il noyabrın 11-də Azərbaycanın işğal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə BMT Baş Məclisinə təqdim olundu. Həmin məruzənin məntiqi nəticəsi olaraq, 2006-cı il sentya- brın 7-də BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazi- lərində vəziyyət” adlı 285 saylı qətnaməni qəbul etdi. Bunun ardınca özünün 62-ci sessiyasında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı silahlı münaqişənin beynəlxalq sülhə təhlükə törətdiyindən ciddi narahatlıq keçirən BMT Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək bütün erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”ə dair 2008-ci il 14 mart tarixli 244 saylı qətnamə qəbul etdi.
    Bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz və inkişaf etməkdə olan müdafiə sənayemiz mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə sübuta yetirmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.

    Samir Abbasov,
    Tərtər Rayon Prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas

    Müəllif: Redaktor, 10:53

    Teqlər:

İsmarıclar bağlıdır.