Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31İyl

    Əskipara kəndində Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirildi. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Əskipara kənd İƏD üzrə nümayəndə Pərviz Mustafayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Kənd ağsaqqalı Tofiq Qasımov Respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı, sakinlər adından ölkə rəhbərinə minnətdarlıq etdi. Kənddə yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi. Sakinlərdən Elşad Əmirov icarəyə torpaq götürmək, ll qrup Qarabağ müharibəsi əlili Səhət Sadıqov mənzil şəraitinin yaxşılaşdırılması, Elnarə Nuriyeva həyətyanı torpaq sahəsi, Arif Hümbətov isə işıq xətlərində olan nasazlıqla bağlı müraciət etdilər.
    Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
    Kənd sakinləri sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:33

İsmarıclar bağlıdır.