Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Avq
    Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm

     

    Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm,

    Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.

    Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,

    Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.

    Aləmül-qeybin süfatı məndən oldu aşikar,

    Ey bəsirətsiz, məni gör kim, nə zati-əzəməm.

    Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,

    Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.

    Ümmühat ilən nə var abaya olmasa xələl,

    Aləmi təhqiqə baxsan, cümləsindən əqdəməm.

    Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,

    Talibi-didari-yaram, şadimanam, xürrəməm.

    Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,

    Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.

    “Ayrılır” qəzəli…


    Ey müsəlmanlar, bugün ol yari-pünhan ayrılır,Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

    Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,

    Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

    Ol səbəbdəndir ki, mən bimarürəncur olmuşam,

    Xəstə könlüm mərhəmi şol dərdə dərman ayrılır.

    Rəngi-çöhrəm zərd olubdur,qamətim həm çün hilal,

    Ol günəş üzlü həbibim, ləli xəndan ayrılır.

    Taqətim, səbrim tükəndi,yarsız mən neylərəm?

    Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır.

    Məhşəri-yovmül- hesab qopdu qiyamət başıma,

    Ey Yusif surətli, məndən piri-Kənan ayrılır.

    Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə?

    Hər kimə “nəhnü qəsəmna” çünəzəldən ayrılır…

     

    Müəllif: Redaktor, 09:27

İsmarıclar bağlıdır.