Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Avq

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 sentyabr 2016-cı il tarixli 1010 nömrəli Fərmanına əsasən 2019-cu ilin oktyabr ayının 1–10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 517 nömrəli Qərarı ilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir.
    Əhalinin siyahıyaalınma məlumatları cəmiyyətin inkişaf meyillərinin düzgün öyrənilməsi üçün çox əhəmiyyətli rəsmi statistikadır. Məlum olduğu kimi indiki zamanda dayanıqlı inkişafa xüsusi önəm verilir. Ölkənin iqtisadi və sosial həyatının bütün sahələrində insan faktoru aktivləşir. Belə bir dövrdə əhali haqqında məlumatların əsas mənbəyi olaraq siyahıyaalınmanın əhəmiyyəti də artır. Siyahıyaalınma həm ölkənin, həm də onun ayrı-ayrı regionlarının bütün yaşayış məntəqələrinin əhalisi haqqında tam məlumat əldə etməyə imkan verir.
    2019-u il oktyabrın 1–10-da Müstəqil Azərbaycan tarixində üçüncü dəfə keçiriləcək əhalinin siyahıyaalınması dövlət müstəqilliyinin 28-ci ildönümünə təsadüf edir. Geridə qoyduğumuz illərdə əhalinin 9 dəfə siyahıyaalınması baş tutub ki, bunlardan birincisi 1897-ci ildə Çar Rusiyası, digər altısı Sovet İttifaqı, son ikisi də 1999-cu, 2009-cu illərdə müstəqillik dövrünə aiddir.
    Ötən 10 il ərzində ölkənin demoqrafik göstəriciləri xeyli dəyişib. Bu halda yeni demoqrafik məlumatların toplanması üçün yeni siyahıyaalınmanın keçirilməsi zəruridir. Əhalinin siyahıyaalınması baza xarakterli məlumatların əldə edilməsinin mənbəyidir. Bu gun statistik məlumatlar olmadan dünyada mühüm qərarların qəbul edilməsi mümkün deyil.
    Ölkəmizin bütün ərazisində yaşayan əhalinin sayının, habelə onların cins, yaş, doğulduğu yer, daimi və müvəqqəti yaşama, müvəqqəti qaib olma, vətəndaşlıq vəziyyəti, ailə vəziyyəti, təhsil səviyyəsi, əlillik və sağlamlıq durumu, qaçqın və ya məcburi köçkün statusu, gəlir mənbələri, mənzil-məişət şəraiti və sair haqqında məlumatlar siyahıyaalınma yolu ilə əldə edilir.
    İndiki və gələcək nəsillər üçün dayanıqlı inkişaf proqramlarının işlənib hazırlanması və insanların rifah halının yaxşılaşdırılması məqsədilə hazırkı siyahıyaalmada aktiv iştirak həyati vacib dərəcədə əhəmiyyətlidir.
    Siyahıyaalma prosesində hər birimizin faydalı əməkdaşlığı cəmiyyətin inkişafı naminə ödəyə biləcəyimiz mənəvi borcla yanaşı, yerinə yetirməli olduğumuz məcburi öhdəlikdir. Siyahıyaalma suallarına verilən cavablar hər şeydən əvvəl bir insani borcdur, çünki bu məlumatlardan bütün cəmiyyət bəhrələnəcək.
    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 yanvar 2017-ci il tarixli 01/05s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı təsdiq edilmişdir. Bu plana əsasən Tərtər rayonunda da bir sıra təşkilati işlər görülmüşdür. Bu məqsədlə yaşayış məntəqələrinin adlarının və inzibati sərhədlərinin dəyişdirilməsi, küçələrin adlarının, məhəllələrin, evlərin və mənzillərin nömrələrinin qaydaya salınması təmin edilmişdir. Əhalini siyahıyaalmaya cəlb etmək məqsədilə əyani vəsaitlər (plakatlar, şüarlar, bukletlər) hazırlanmış və yerləşdirilməsi üçün dislokasiya müəyyən edilmişdir. Hazırda siyahıyaalma materialları rayona gətirilmiş, siyahıyaalmanın keçirilməsində iştirak edəcək kadrların seçilib yerləşdirilməsi işləri aparılır.

    TƏRTƏR RAYON
    STATİSTİKA İDARƏSİ

    Müəllif: Redaktor, 10:00

İsmarıclar bağlıdır.