Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Avq

    “Ağ qızıl” hesab edilən pambıq strateji bitkilərdən hesab olunur. Pambıq bitkisinin becərilməsində həlledici amillər öz yerini tapmalıdır. Birinci olaraq pambıq bitkisi üçün yer seçmək lazımdır. Yəni, bu bitki suya tələbkar olduğuna görə sututar olan ərazilər seçilməlidir. Növbəli əkinin aparılması daha məqsədəuyğundur. Bu bitkinin becərilməsində əsas həlledici amillərdən qış aratının aparılmasıdır. Dərin şumun aparılması, alağa, ziyanverici və xəstəliklərə qarşı dondurma suyunun vaxtlı-vaxtında verilməsi, mineral gübrələrdən istifadə, səpinqabağı torpağın hazırlanması əsas amillərdəndir. Səpinə qədər əmələ gəlmiş otların məhv edilməsi və mineral gübrələrin sahələrə verilməsi əsas şərtlərdəndir. Buxarlanmanın qarşısını almaq üçün yumşaq və üst səthi hamarlanmış torpaq qatı yaratmaq səpinqabağı torpaq becərilməsində həlledici amillərdən biri sayılır. Toxum materialının yüksək səviyyədə olması çiyidin səpinə hazırlanması, həmçinin əsas lif verən sortların əkilməsi, məsələn, “Gəncə 110”, “Gəncə 78”, “Ağ qızıl”, “Flora”,
    “Flyaş”, “Karizma” bu kimi məhsuldar sortların rayonumuzun fermerləri tərəfindən əkilməsi məhsuldarlığın yuxarı olmasına şərait yaradır. Ona görə də hal-hazırda pambıq tarlalarında “MKT” şirkətinin 2017 hektar ərazisində 5-ci kultivasiya, 3-cü ketmənləmə, alağa, xəstəliklərə, xüsusilə də sofkaya qarşı dərmanlama aparılmışdır. “Azərpambıq” və “Yevlax PİAQRO” şirkəti ilə müqavilə bağlanmış idarələrin pambıq sahələrində eyni qaydada, vaxtlı-vaxtında becərilmə işləri həyata keçirilir. Ümumiyyətlə, rayonumuzun pambıqçılıq təsərrüfatlarında bu qaydada aparılan becərilmə yüksək məhsulun olmasının xəbərverici amillərindən sayılır. Bununla da belə deyə bilərik ki, rayonumuzda pambıqçılıqda yüksək gəlir olduğuna görə bu istiqamətdə aparılan işlər fermerlərimiz tərəfindən davam etdirilir.

    Arif BEHBUDOV,
    Tərtər Dövlət Aqrar İnkişaf
    Mərkəzi bitkiçilik sektorunun
    müdiri

    Müəllif: Redaktor, 10:04

İsmarıclar bağlıdır.