Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Avq

    YAY FƏSLİNDƏ BAŞ VERƏN XƏSTƏLİKLƏR

    Keçən dəfə bütün fəsillərdə baş verən xəstəliklər haqqında az da olsa məlumat vermişdim. İndi isə yay fəslində baş verən xəstəliklərdən danışmaq istədim.
    Yay fəslində ən geniş yayılan xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bunun üçün içdiyimiz suların, habelə yediyimiz qidaların yuyulduğu suların təmiz və filtirlənmiş olması əhəmiyyətlidir. Həmçinin bu infeksiyalar insana yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvan məhsulları, çirkli su vasitəsilə keçə bilər. Ümumi olaraq bu xəstəliklər ishal, yüksək temperatur, ürək bulanma, qusma, qarında sancılar və s. kimi əlamətlərlə müşahidə olunur. Bir pediatr kimi valideynlərə tövsiyəm ət, süd, yumurta və digər heyvan mənşəli məhsulların suda yaxşı qaynadılması, heyvanlarla və ya onların çiy məhsulları ilə təmasda olarkən gigiyena qaydalarına əməl edilməsi, uşaqların əllərinin tez-tez yuyulması qaydalarına riayət olunmasıdır.
    Bildiyimiz kimi yayda uşaqların ən sevdiyi qida dondurmadır. Mən 5 yaşa qədər uşaqlara dondurma verilməsini düzgün hesab etmirəm. Çünki 1-5 yaş dövrü uşaqlarda limfoid toxumanın sürətlə inkişaf etdiyi dövrdür. Bu səbəbdən həmin yaş qrupunda olan uşaqların dondurma qəbul etməsində hər zaman risk var. Tərkibində süd məhsulları olduğundan salmo-nelyoz yoluxması, dondurma nəticəsində udlaqda iltihabi xəstəliklərin yaranması təhlükəsi mövcuddur.
    Yayda baş verən xəstəliklərdən biri də allergiyalardır. Bildiyimiz kimi bəzi meyvə və tərəvəzlər (pamidor, çiyələk, portağal) uşaqlarda allergiya törədir. Valideynlər uşaqları bu qidalardan uzaq tutmalıdırlar.
    Yay fəslində uşaqlarda tez-tez gün vurmaları da müşahidə olunur. Saat 11 və ya 12-nin yarısından 16:00-a kimi uşaqları dəniz sahilinə aparmaq, günəş altında tutmaq qəti qadağandır. Bu, onlarda günvurmasına gətirib çıxarır.

    Arzu ƏHMƏDOVA,
    Uşaq Poliklinikasının sahə həkimi, pediatr

    Müəllif: Redaktor, 10:12

İsmarıclar bağlıdır.