Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Avq

    21 YAŞINDAN TƏRTƏRLİ QIZ 6 İLDİR ALMANİYADA HƏKİMDİR

    Yaxın günlərin söhbətidir. Adəti üzrə boş vaxtımda sosial şəbəkəni nəzərdən keçirirdim. Xəbər lentində bir paylaşım varıydı: “Tərtərli qız 21 yaşından Almaniyada 6 ildir həkim işləyir”. Gənc qızın şəklinə çox diqqət yetirsəm də tanıya bilmədim. Elə orada facebook sə-hifəmdə maraqlandım, axtarış edib tapdım. Öyrəndim ki, rayonumuzun tanınmış pedaqoqlarından biri–“Əməkdar müəllim” Zümrüd Zamanovanın qızıdır. Ertəsi gün iş otağından telefonla Zümrüd müəllimlə əlaqə saxlayıb, qızı barəsində yazmaq istədiyimi söylədim. Ana kimi məmnun olduğunu bildirdi.
    Bazar ertəsi iş vaxtının başlamasından iki saat keçmiş Tərlan Mehdizadənin atası Şahin müəllim redaksiyada idi. Atanın gözlərindən və danışığından qürur hissi duyulurdu. Suallara fəxrlə cavab verirdi:
    –Qızım Tərlan anamın adını daşıyır. Hələ ibtidai sinifdə oxuyarkən həkim olmaq arzusunda idi. İllər ötdükcə bu arzu qızımı özünə daha çox cəlb etdi. 2008-ci ildə şəhər 6 saylı tam orta məktəbi fərqlənmə ilə bitirdi və yüksək balla Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə qəbul oldu. 2014-cü ildə bu universiteti müvəffəqiyyətlə başa vurdu.
    Bəs necə oldu ki, Almaniyada işləyəsi oldu?
    Ata qürurla dilləndi:
    –Hələ orta məktəbdə oxuyarkən anası ingilis dili müəllimi olduğundan bu dili çox gözəl bilirdi. Alman dilini isə universitetin 3-cü kursundan sonra öyrəndi. Universiteti bitirdik-dən sonra interna zamanı Al-maniyanın Hamburq bölgəsinin Şverin şəhərində 2 ay təcrübə keçdi. Sonra klinikanın rəhbərliyi tərəfindən orada qalıb işləməsi təklif olundu. Özünün marağını görüb valideyn kimi biz də mane olmadıq. Bir il yarım həmin klinikada iş təcrübəsi keçdikdən sonra ikinci tibbi diplomu aldı. Hazırda Hildeshaym şəhərində uşaq pediatrı işləyir.
    –Xarici ölkədə valideynsiz yaşamaq Tərlan üçün çətin deyil ki?
    –Biz övladlarımızın təhsil almasına, savadlanmasına və vətənə layiqli övlad kimi böyüməsinə köməklik göstərmişik. Əlbəttə, uşaqların hər bir uğuru bizim üçün fəxrdir. Bu yolu qızımız özü seçib. İstəyinə çatmaq üçün var gücü ilə çalışır ki, gələcəkdə bacarıqlı bir həkim kimi tanınsın. Artıq 6 ildir ki, Almaniyada yaşayır və işləyir. Hazırda təcrübəsini artırmaq məqsədilə Avstriyanın, Türkiyənin, Kanadanın tanınmış xəstəxanalarında tibbi təcrübə keçir.
    –Azərbaycana qayıdıb işləmək fikri varmı?
    –Vətənin övladı kimi Azərbaycanı, hətta doğulub boya-başa çatdığı Tərtəri çox sevir. Həmişə də Vətən üçün darıxır. Amma təcrübəsini artırmalıdır. Əlbəttə, bu müddət keçdikdən sonra, sözsüz, Azərbaycana qayıdacaq.
    –Tərlan yaşda qızlar ailə qurmaq haqqında da düşünürlər. Bəs, qızınız bu barədə nə fikirləşir?
    –Hələ ki, karyerası barədə düşünür. Gələcəkdə həkim kimi uşaq xəstəliklərinin müalicəsini mükəmməl bilmək istəyir. O qədər mülayim və yumşaq ürəyi var ki, uşaqların xəstəlikdən əziyyət çəkməsinə dözə bilmir. Yəqin ki, istəyinə nail olduqdan sonra bütün xanımlarımız kimi qızım da ailə quracaq.
    Müsahibim Şahin Mehdiyevin qızı Tərlana uğurlar arzuladım və özünə minnətdarlıq etdim.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:29

İsmarıclar bağlıdır.