Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Avq

    Rayon Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, nazirliyin yaranması münasibəti ilə hər kəsi təbrik etdi. Rayon rəhbəri ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışdı. 1994-cü il iyul ayının 26-da ulu öndər Heydər Əliyevin ölkə gənclərinin vahid təşkilat altında birləşdirmək məqsədilə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında sərəncam imzaladığını, ölkə gənclərinin I və II forumlarında iştirak edərək, proqram xarakterli çıxışlar etdiyini iştirakçıların nəzərinə çatdırdı.
    2 fevralın Azərbaycan gəncləri günü, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramların təsdiq edilməsi ulu öndərin gənclərə olan böyük qayğısının bir hissəsi olduğunu bildirdi. Hazırda bu siyasətin ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini göstərdi. Bildirdi ki, 2006-cı ildə Prezidentin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu və onun qarşısında yeni vəzifələr qoyuldu. Əsas vəzifəsi ölkənin gələcəyini etibar edəcəyi sağlam və vətənpərvər gəncliyin yetişməsi oldu. Bütün bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti dünyaya örnəkdir.
    İcra başçısı rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkili, idmanla məşğul olmaları üçün lazımi şəraitin yaradıldığını da qeyd etdi. Bildirdi ki, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün hər cür şəraiti olan Gənclər Mərkəzi, şahmat məktəbi, çoxmənzilli yaşayış binalarının həyətlərində mini futbol meydançaları tikilib istifadəyə verilib. Hazırda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.
    Tədbirdə vaxtı ilə Gənclər və İdman İdarəsinin rəisi işləmiş Elşad Qəndilov, SSRİ idman ustası Sabir Zeynalov, təhsil şöbəsinin müdir əvəzi Elvin Umudov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Uşaq, Gənclər və İdman məktəbinin direktoru Emin Quliyev, əməkdar məşqçi Faiq Məmmədov və digərləri çıxış edərək, göstərdilər ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” haqqında sərəncamları gəncliyin rifahına hesablanan dövlət qayğısının təzahürüdür.
    Tədbirin sonunda Gənclər və İdman İdarəsinin sabiq əməkdaşlarına və Gənclər və İdman İdarəsinin kollektivinə rayon rəhbəri tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr verildi.

    Müəllif: Redaktor, 10:35

İsmarıclar bağlıdır.