Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    01Güləbatlı kənd tam orta məktəbi son illər təhsildə qazandığı uğurlara görə rayonumuzun qabaqcıl təhsil ocaqları sırasında yer alıb. Burada 106 şagirdin təlim-tərbiyəsi ilə 20 nəfər pedaqoq məşğul olur. Bu il birincilərin sayı 10 nəfər olacaq.
    Daha ətraflı məlumat almaq üçün məktəbin direktoru Asif Alıkişiyevlə əlaqə saxladıq. Asif müəllim bildirdi ki, müxtəlif universitetlərə təkcə bu il məktəbimizi bitirən 9 nəfər şagirdin 8 nəfəri iş vermişdi. Həmin sagirdlərin 7 nəfəri ali məktəblərə qəbul olub. Sevindirici haldır ki, Tərtər rayonu üzrə 600-dən çox bal toplayan 6 nəfər şagirdin 2-si məhz bizim məzunlardır. Bir nəfər isə 500-dən çox bal toplayıb.
    Son illər 2 məzun Sərhəd Qoşunları Akademiyasına daxil olub. Hətta ali məktəblərə Tələ-bə Qəbulu üzrə Dövlət Komissiyasının 2014-ci ildə tələbə qəbuluna dair çap etdirdiyi məlumat kitabında yazılır ki, Tərtər rayonundakı Güləbatlı kənd tam orta məktəbinin adı respublikanın yaxşı məktəbləri sırasına daxil edilmişdir.

    Mirzə NƏSİR

    Müəllif: Redaktor, 13:15

    Teqlər:

İsmarıclar bağlıdır.