Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Avq

    HALAL ZƏHMƏTİN BƏHRƏSİ

    Nankor ermənilər havadarlarının köməyi ilə Laçını işğal edəndə rayon əhalisi respublikanın bütün bölgələrinə səpələndi. Mirzə Cümşüdov ailəsi ilə Tərtər rayonunun İsmayılbəyli kəndinə üz tutdu. Tərtərdə də atəş səsləri tez-tez eşidilirdi. Düşmən səngərlərindən atılan top mərmiləri evləri dağıdır, mülki adamlar həlak olurdu. Ancaq hər dəfə də düşmən əks-həmlə ilə susdurulur, layiqli cavab alırdı.
    Mirzə də çətinliklərə, məhrumiyyətlərə dözüb tablaşdı. Günlər aylara, aylar illərə calandıqca qaməti dikəldi, sabaha inamı artdı. Mehrini torpağa saldı. Həvəslə əkin-biçin işlərinə qoşuldu. İsti yuvasından, rahat ev-eşiyindən perik salınan ailə çoxdan istifadəsiz qalan uçuq-sökük bir tarla düşərgəsinə sığındı. Beləcə, Mirzə hər şeyə sıfırdan başladı. Ülfət bağladığı torpaqdan güc alıb əkib-biçdi, ailəsinin ruzisi üçün hər əziyyətə qatlaşdı.
    İndi o ağrı-acılarla, çətinliklərlə dolu günlər arxada qalıb. Bu gün Tərtərdə qabaqcıl əmək adamlarından söz düşəndə Mirzə Cümşüdovun da adı birincilər sırasında ehtiramla çəkilir.
    Mirzə Cümşüdovun fermer təsərrüfatı əsasən taxıl toxumçuluğu üzrə ixtisaslaşmışdır. Təsərrüfatın istifadəsində 68 hektar torpaq sahəsi var. Bu il 40 hektar sahədə taxıl əkib-becərmişlər. 208 ton taxıl istehsal edilmiş, orta məhsuldarlıq hər hektarda 52 sentner olmuşdur. Bu, rayonun təsərrüfatları arasında yüksək nəticələrdən sayılır. Hazırda fermer təsərrüfatı üzvlərinin qayğılı günləridir. İstehsal olunmuş taxıl toxum üçün hazırlanır. Təqribən 170 ton toxumluq taxıl olacağı gözlənilir.
    Fermer təsərrüfatının üzvləri baramaçılığın inkişafına da böyük önəm verirlər. Bu sahədə də dövlət başçısının tapşırıq və tövsiyələrini konkret fəaliyyət proqramına çevirən qabaqcıl kollektiv baramaçılığın inkişafı üçün etibarlı yem bazası yaradıb. 2016-cı ildə 16,5 min, 2017-ci ildə 4 min, 2018-ci ildə 22 min Çin Xalq Respublikasından gətirilən ting əkilmişdir. Kollektiv bu il 520 kiloqram barama istehsal etmişdir. Söhbət zamanı Mirzə Cümşüdov dedi ki, təkcə barama tədarükündən bu il 4680 manat gəlirimiz olub. Taxıl toxumu satışından isə təxminən 100 min manat gəlir gözləyirik.
    Fermer təsərrüfatının üzvləri pambıq, yonca, kartof, tərəvəz əkini ilə də məşğul olur, mal-qara saxlayırlar.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 10:36

İsmarıclar bağlıdır.