Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Avq

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində oldu. Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Kəngərli kəndinin 324 təsərrüfatı, 1631 nəfər əhalisi var. Burada 175 yerlik tam orta məktəb, kitabxana, körpələr evi–usaq bağçası, poçt, 286 nömrəlik ATS, 4 məişət xidməti obyekti, 8 ticarət və ictimai iaşə obyekti fəaliyyət göstərir.
    Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Onlar ötən il hər hektardan 38 sentner buğda, 41 sentner arpa, 40 sentner pambıq istehsal ediblər. 465 kq barama təhvil veriblər.
    Bu il isə 98 hektar buğda, 26 hektar arpa, 20 hektar pambıq əkiblər. Kəngərlilər hər hektardan 41 sentner taxıl, 28 sentner arpa təhvil veriblər. 500 kq barama istehsal ediblər.
    Sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Hətəm Əsgərov respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı. Bu il suvarmada olan çətinliyin aradan qaldırılması üçün respublika Prezidentinin sərəncamı ilə kəndlərində 2 subartezian quyusunun qazıldığını qeyd etdi. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlığını bildirdi. Kənd sakinləri Həyat Salahova, Məcid Tağıyev, Çərkəz Nağıyev, Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov kəndin baş yolunun asfaltlanması, suvarma suyuna olan tələbatın ödənilməsi üçün daha 2 subartezian quyusuna ehtiyac olması, məktəbin qazanxanasına qaz çəkilişi və digər məsələlərlə bağlı müraciət etdilər.
    Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, onları narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev dövlət tərəfindən regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıdan danışdı. Edilən müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların qarşısında məsələ qaldıracağını və lazımi köməklik göstəriləcəyini bildirdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:56

İsmarıclar bağlıdır.