Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Sen

    Uşaqları polis bölməsinə ekskursiyaya aparırlar. Divarların birində Məmmədqulu şəkillər görür. Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!”
    Məmmədqulu soruşur:–“Bunları axtarırsız?”
    Polis işçisi:
    – Bəli
    Məmmədqulu:
    – Bəs şəkillərini çəkəndə niyə tutmadız?

    *     *     *

    Bir gün yol polisi birini saxlayıb deyir.
    – Qardaş, xəttin üstündən keçmisən.
    Kişi qayıdıb deyir:
    – Nə edim, qaldırım altından keçim?

    *      *     *

    Zooparkda dayanan yaşlı bir aslanla, azadlıqda olan gənc bir aslan yoldaş olurlar.
    Gənc aslan, “artıq müftə yemək istəyirəm” deyərək, zooparkdakı yaşlı aslandan, onu da zooparka almasını istəyir.
    Bir neçə gün sonra, gənc aslan da zooparka qəbul edilir.
    İlk gün yeməkdə, yaşlı aslana ət, gənc aslana banan gəlir.
    Eyni şey ikinci gün də olur. 10-15 gün yeməklər belə olunca, gənc aslan artıq bezir və yaşlı aslandan soruşur:
    – Niyə sənə yeməkdə ət verilir, amma mənə banan verilir?
    – Vallah, boşda aslan ştatı yox idi, baxıcılarla danışdım, səni meymun kontingentinə götürdülər…

    Müəllif: Redaktor, 08:29

İsmarıclar bağlıdır.