Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    DSC_8063Həmyerlimiz, 10 yaşlı Fərid Qəhrəmanov Gürcüstanın Batumi şəhərində kikboksinq üzrə keçirilən beynəlxalq turnirdə iki erməni rəqibinə qalib gələrək, parlaq qələbə qazanıb.
    Fərid Tərtər şəhər 5 saylı tam orta məktəbin şagirdidir. Təbiətən çox çevik və cəld olan bu uşaq idman aləminə qədəm qoyduğu az bir vaxtda potensial imkanlarını məharətlə üzə çıxarmağı bacarıb. O, rayonumuzda kikboksinq üzrə keçirilən bir neçə yarışda birincilik əldə edib.
    Batumi turniri Fəridin həyatında ilk beynəlxalq yarış olub.
    Tərtər “Patron” Kikboksinq klubunun məşqçisi Yavər Hüseynov bu barədə belə deyir:
    –Rəqiblərinin ikisinin eməni olması sanki bu kiçik cəngavərin gücünü ikiqat artırmışdı. Ermənilərdən biri ondan yaşda böyük, çəkidə artıq olmasına baxmayaraq, Fəridin dəqiq və güclü zərbələrinə tab gətirə bilmədi, yarımfinalda və finalda erməni idmançıları ilə döyüşən həmyerlimiz onların hər ikisini məğlub etdi. Digər rəqiblərinin 1-i gürcü, 2-si isə rus idi. Fərid onlara da qalib gəldi.
    Müxtəlif millətlərin nümayəndələri arasında bay-rağımız yüksəklərə qaldırıldı, himnimiz çalındı. Gürcüstanda Kikboksinq Federasiyasının Prezidenti Soso Dolidze Fərid Qəhrəmanova qızıl medal, diplom və kubok təqdim etdi. Bu, bizim azyaşlımızın, həm də Azərbaycanın, xalqımızın qələbəsi idi.
    Fəridin atası İlqar Qəhrəmanov redaksiyamızda olarkən dedi:
    –Fəridin bu qələbəsi bir daha göstərdi ki, ölkəmizdə uşaqların, yeniyetmələrin sağlam böyüməsi, idmanla məşğul olmaları diqqət mərkəzində saxlanılır. Bizim ailəmizə sevincli anları yaşamağı nəsib edən bütün insanlara, ələlxüsus Respublikamızn Prezidenti cənab İlham Əliyevə və idmançıları daim qələbələrə ruhlandıran rayon rəhbərliyinə minnətdarlığımı bildirirəm.
    “Mauqli” ləqəbli Fəridi qarşıda böyük idman arenaları gözləyir. Hazırda o, dekabr ayında Amerikada keçiriləcək beynəlxalq kikboksinq yarış-larında iştirak etməyə hazırlaşır.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 13:37

    Teqlər:

İsmarıclar bağlıdır.