Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Sen

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Cəmilli kəndində oldu.
    Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının vəzifəli şəxsləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Cəmilli kənd İƏD üzrə nümayəndə Manaf Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Cəmilli kəndinin 336 təsərrüfatı, 1565 nəfər sakini var. Kənddə 360 yerlik tam orta məktəb, kitabxana, 2 məişət xidməti obyekti, 5 ticarət və ictimai-iaşə köşkü fəaliyyət göstərir.
    “Cəmilli–Dəmirçilər” yolu təmir edilərək asfaltlanmış, yol kənarlarına 200 ədəd şam ağacı əkilmişdir. Ərazidə məişət tullantılarının atılması üçün iri həcmli 5 ədəd quyu qazılmış, 1800 metr su arxı lildən təmizlənmiş, Cəmilli kənd tam orta məktəbinə içməli su xətti çəkilmiş, elektron kitabxana əhalinin istifadəsinə verilmişdir.
    İcra nümayəndəsinin ərazi haqqında məlumatından sonra sakinlərin müraciətləri dinlənildi.
    Kənd ağsaqqalı Məhərrəm Əliyev respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı. Artıq əhalini işıq, qaz, içməli su problemlərinin olmadığını qeyd etdi. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə kənd sakinləri adından minnətdarlığını bildirdi. Suvarmada olan çətinliklərin aradan qaldırılması üçün kənddə 2 subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi.
    Kənd sakinləri Hüseyn İmaməliyev, Famil Məmmədov, Malik Əliyev, Həbibə Sadıqova səhvən yazılan elektrik enerjisi sərfiyyatı borcu, kənd məktəbinin qazanxanasının qaz xəttinə qoşulması, məktəbin qarşısından keçən yola surət həddinin azaldılması üçün yol nişanlarının qoyulması və suvarmada yaranan çətinliklərlə bağlı müraciətlər etdilər.
    Qarabağ müharibəsi əlili İlham Mustafayev respublika Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunduğu üçün ölkə rəhbərinə öz minnətdarlığını ifadə etdi.
    Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və maddi-rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı.
    Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafına, əhalinin problemlərinin həllinə göstərilən diqqət və qayğıdan danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımi tədbirlər görüləcəyini bildirdi.
    Kənd sakinləri əhalinin maddi şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.
    Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.