Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Sen

    Torpağın, ana-bacıların, dövlətin keşiyində dayananların qəlbində yurd sevgisi vardır. Vətənin müstəqilliyi dünyada hər şeydən əzizdir. Ümummilli lider Heydər Əliyev deyib: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”.
    Qarabağ savaşında rəşadət göstərən döyüşçülərdən biri də Müslüm Cümşüd oğlu Səlimovdur. O, 1965-ci ilin iyul ayının 30-da Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra Rusiyanın Varonji vilayətində hərbi xidmət keçib. 1991-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak edib və hərbi tapşırığı yerinə yetirərkən Ağdərədə yaralanıb. Müslüm Səlimov keçdiyi döyüş yolundan danışarkən bildirdi ki, hər zaman vətən yolunda şəhid olmağa hazır olub və indi də hazırdır. Çünki Azərbaycan torpağının hər bir qarışı müqəddəsdir. Odlar yurduna olan sevgi hələ kiçik yaşlarından valideynlər, sonra isə məktəbdə müəllimlər tərəfindən ona öyrədilib.
    Müslüm ailəlidir. Üç uşaq atasıdır. Təqaüdçüdür. Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri, Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədridir. II qrup Qarabağ Müharibəsi əlilidir. O, qardaşı Sahib Səlimovun da torpaqlarımız uğrunda hünərlə döyüşdüyünü söylədi.
    Ölkəmizə əmin-amanlıq arzuladı, işğal olunan torpaqlar geri qaytarılan zaman özünün və bütün döyüşçülərin bayram edəcəyinə inamını bildirdi.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 09:43

İsmarıclar bağlıdır.