Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Sen

    Azərbaycanda ekoloji təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin prioritetlərindəndir.
    Bu gün icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir. Azərbaycanın hər yerində vətəndaşların iştirakı ilə ağacəkmə aksiyaları keçirilir.
    Bu gün ekoloji problemlərin həlli bəşəriyyətin, böyükdən kiçiyə qədər hər kəsin bu işə cəlb olunmasını tələb edir.
    İnsan əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq massivlərinin salınması insanda pozitiv əhval-ruhiyyə yaradır, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır.
    Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ekoloji durumun sağlamlaşdırılmasında gördüyü işlər əvəzolunmazdır.
    Son vaxtlar həm yaşıllıq massivləri artırılır, həm də ona yüksək səviyyədə qulluq göstərilir.
    Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da ekoloji layihələr həyata keçirilməkdədir. Elə bir ekoloji sahə yoxdur ki, orada müsbət dəyişiklik aparılmasın. O cümlədən, yol kənarlarına ağacların əkilməsi, yaşıllıq sahələrinin salınması, onların becərilməsi və qorunub saxlanması insanların gündəlik işinə çevrilib. Bu gün Tərtərin hansı tərəfinə üz tutsan, yeni əkilmiş ağac və gül kollarına rast gələrsən. Xüsusilə rayon mərkəzi, “Bərdə-Tərtər”, “Tərtər-Gəncə” magistral yollarının yaşıllıqları göz oxşayır. Minlərlə gül kollarının və ağacların əkilməsində rayonumuzun sakinlərinin, idarə və müəssisə işçilərinin gərgin zəhməti olmuşdur. Onları qoruyub saxlamaq gənc nəslin payına düşür. Ekoloji tarazlığın qorunmasında və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasında görülən hər bir uğurlu iş xalqın rifahı və sağlamılığı üçündür. Ona görə də hər bir ağacın və ya gül kolunun qədrini bilmək və onlara qayğı göstərmək gərəkdir. Ən əsası bunu özümüzün sağlamlığımız üçün etməliyik.

    Müəllif: Redaktor, 10:12

İsmarıclar bağlıdır.