Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    Uzun illər Tərtərdə yaşayan qeyri millətin nümayəndəsi kimi deyə bilərəm ki, Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsi göstərir, hansı millətə, dinə mənsub olmasına baxmayaraq, burada hamıya eyni münasibət, hörmət bəslənilir. Bizdən fərqli olaraq Ermənistan vətəndaşları ölkədən qaçıb digər yerlərə, o cümlədən Azərbaycana üz tuturlar. Bunun daha bir təsdiqi Ermənistan ”Milli Azadlıq Hərəkatı”nın lideri Vaqan Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsidir.
    Bəs, nəyə görə Avropa Parlamenti Azərbaycanda yaradılan bu şəraiti görmür və yaxud da görmək istəmir? Bu gün Avropanın özü miqrant axını qarşısında aciz qalıb, halbuki bizim dövlətimiz 20 ildən çoxdur öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilən bir milyondan artıq insanın problemləri ilə məşğul olur.
    Biz Avropa Parlamentinin ölkəmizə qarşı bu münasibətini pisləyirik. Azərbaycanı ləkələmək, gözdən salmaq mümkün deyil.

    Qalina YANKO,
    şəhər sakini

    Müəllif: Redaktor, 13:40

    Teqlər:

İsmarıclar bağlıdır.