Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Sen

    YAP Tərtər Rayon Təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirildi.
    Müşavirədə çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov bildirdi ki, cari ildə ölkəmizdə bələdiyyə seçkilərinin keçirilməsinə ciddi surətdə hazırlıq işlərinə başlanılmalı, bütün imkanlardan səmərəli şəkildə istifadə edərək seçkilərdə YAP namizədlərinin qələbəsinin təmin edilməsinə qüvvələr səfərbər edilməlidir.
    İlk təşkilat sədrləri ilə keçirilən müşavirədə iştirak edən YAP rayon təşkilatının Şura üzvü, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, göstərdi ki, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və xüsusi çəkisinin artmasından narahat olan anti-Azərbaycan qüvvələr ölkəmizin inkişafını və müstəqil siyasət yürütməsini həzm edə bilmədiklərindən Azərbaycana qarşı qarayaxma kompaniyası aparırlar, çox təəssüfedicidir ki, bu çirkin əməllərdə radikal müxalifət sosial şəbəkələrdə həmin qüvvələrlə bir cəbhədə yer alaraq, düşmən dəyirmanına su tökmək yolunu tutmuşlar. Odur ki, hər bir vətənpərvər ruhlu vətəndaş respublikamıza qarşı yönələn çirkli oyunları neytrallaşdırmaq üçün ölkəmizin hərtərəfli inkişafından, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardan dəyərli faktlar kimi istifadə edərək, virtual aləmdə onların layiqli cavablarını verməlidir.
    Müşavirədə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ərazi ilk partiya təşkilatlarına lazımi tövsiyə və tapşırıqlar verildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:34

İsmarıclar bağlıdır.