Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen

    Hazırda ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri təbii fəlakətlərdən, yanğından, zəlzələdən və digər gözlənilməz hadisələrdən dəyən zərərin ödənilməsinə sığorta təminatı yaratmaq məqsədilə əhaliyə xidmət göstərir və bu istiqamətdə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə bir çox qanunlar, o cümlədən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
    İllik sığorta haqqı obyektin qiymətindən asılı olaraq müəyyən olunur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.
    Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən, onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:
    -elektrik və qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticəsi;
    -qaz partlayışı;
    -elektrik naqillərində baş verən qısaqapanma;
    -su, istilik, kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
    -hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
    -yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
    -təbii fəlakətlər–zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
    -üçüncü şəxslərin hərəkətləri.
    Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.
    Sığorta müqaviləsi sığortalının yazılı ərizəsi və əmlakın dəyəri göstərilməklə sığorta olunmaq üçün təqdim edilən əmlakın siyahısı əsasında sığortaçının nümayəndəsi tərəfindən sığorta olunanın iştirakı ilə sığorta obyektinə baxılmaqla bağlanılır.
    Sığortalının əmlakı tam dəyəri ilə sığortaya cəlb edilir. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır.
    “İcbari sığortalar haqqında” qanunun 75-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

    Fövqəladə Hallar Nazirliyinin
    Dövlət Yanğın Nəzarəti Xidmətinin
    Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi

    Müəllif: Redaktor, 08:20

İsmarıclar bağlıdır.