Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz yüksəliş dövrünü yaşayır. Çünki ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş tədbirlər diqqət mərkəzində saxlanılır. Xüsusən də cari ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, fermerlərə ayrılan subsidiyaların, güzəştlərin artırılması bu sahədə işlərin surətlənməsinə səbəb olub. Elə cari ildə kəndimizdə bol taxıl, pambıq, şəkər çuğunduru istehsal edilməsi buna əyani sübutdur.
    Kəndin sosial problemlərinin həlli də unudulmayıb. Bu yaxınlarda evlərə mavi yanacaq verilməsi, əlavə telefon xətlərinin çəkilməsi, elektrik naqillərinin yenilənməsi böyük razılıq hissi ilə qarşılanıb. Əlbəttə, bütün bunlar möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış siyasət nəticəsində mümkün olur.
    Bəzi Qərb dairələri Azərbaycanın qazandığı müvəffəqiyyətləri birmənalı şəkildə qəbul edə bilmir. Avropa Parlamentinin məlum qətnaməsi də bunu bir daha göstərdi. Ancaq onlar nə qədər çalışsalar da, Azərbaycanı gözdən sala bilməyəcəklər. Çünki ölkəmizdə xalqla iqtidarın birliyi möhkəmdir və heç bir qara qüvvə ona təsir göstərə bilməz.

    Mehman MEHDİYEV,
    Hacıqərvənd kəndinin sakini

    Müəllif: Redaktor, 13:46

    Teqlər:

İsmarıclar bağlıdır.