Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen

    ÜÇ GÜL QÖNÇƏSİ

    İnsan dünyaya gələndə ilk gözünü qamaşdıran işıq olur. Aylar, illər ötdükcə rənglərə, səsə, musiqiyə öyrəşir. İstedad uşaqlıqdan özünü göstərməyə başlayır, sonda isə istedad sahibi tanınmış bir şəxsiyyətə çevrilir. Rəssam, heykəltəraş, musiqiçi, rəqqas və başqa sənətkar…
    Haqqında yazacağım balaca fidanlar da bizim istedadlılarımızdır. Ayla Quluzadə və Zeynəb Nəsirli şəhər 3 saylı məktəbin, Rəmziyə Vəlizadə isə 1 saylı tam orta məktəbin şagirdləridir. Onların hər biri həm də Tərtər uşaq gənclər inkişaf mərkəzinin üzvləridir. Ayla bu il 1-ci sinfə gedir, Zeynəb 2-ci sinifdə, Rəmziyə isə 6-cı sinifdə oxuyurlar. Hər üçünün özlərinə məxsus istedadları var. Ayla ilə Zeynəb gözəl şeirlər söyləyib, milli rəqslərimizi ifa edirlər. Rəmziyə isə şahmat oynamağı, şeir söyləməyi sevir və maraqlı əl işləri görür. Onun müxtəlif düymələrdən, düyüdən, mərcidən hazırladığı çanta, gül, buta, üçrəngli bayrağımızın tabloları rayon tədbirlərində sərgilənərək, “Diplom” və “Fəxri Fərman”a layiq görülüb. Bu qızların hər üçü həm oxuduqları məktəblərdə, həm də rayonumuzda keçirilən əlamətdar bayram şənliklərində öz bacarıq və istedadları ilə çıxış edib, sakinlərin alqışları ilə qarşılanıblar.
    Balaca Ayla hələ 5 yaşında olanda milli rəqslərimiz “Uzun dərə”, “İnnabı”, “Tərəkəmə” rəqslərini ifa edər, Zeynəb isə Vətən, Bayraq, Şəhidlər, Xocalı haqqında şeir söyləyirdilər. Artıq bu qızların hər üçü əlaçı olduqları üçün oxuduqları məktəblərin müəllim və şagird kollektivlərinin, həm də rayonumuzun sakinlərinin sevimlisidirlər.
    Ayla, Zeynəb və Rəmziyə, hər birinizə bolluca yaradıcılıq uğurları arzulayıb, həmişə valideynlərinizin, müəllimlərinizin və eləcə də xalqımızın sevimlisi olmağınızı diləyirəm. Qoy istedadınız bir ömür boyu sizin bələdçiniz olsun, bizim gül qönçələrimiz!

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 08:50

İsmarıclar bağlıdır.