Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen

    Tərtər şəhər İƏD-də növbəti yığıncaq keçirildi. Yığıncaqda şəhər nümayəndiliyi üzrə məktəbəqədər müəssisələrin nümayəndələri iştirak edirdi. Tədbirdə YAP üzvlərinin boy sırasının artırılması müzakirə edildi. Məsələ barəsində şəhər icra nümayəndəsi Sahib Həsənov geniş məruzə ilə çıxış etdi.
    Məruzəçi əvvəlcə Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiya sıralarına ilk daxil olan üzvlərdən və partiyanın keçdiyi keşməkeşli yollardan danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası xalq partiyasına, Azərbaycanın nicat partiyasına çevrildi. 1990-cı illərdəki hərc-mərclik, xaos, insanların çətinlik içərisində yaşaması hər kəsin yadındadır. Saatlarla çörək, ərzaq növbəsində dayanmaq, insanlar arasında ixtişaş, nifaq dinc əhalinin narahatlığına və narazılığına səbəb olurdu.
    Artıq bütün çətinliklər arxada qalıb. Nəinki Yeni Azərbaycan Partiyasının üzvləri, o cümlədən, bütün xalqımız xoşbəxt və firavan həyat yaşamaqdadır. Gündən-günə həyata keçirilən infrastruktur layihələr, yenidənqurma işləri, abadlaşan şəhər və kəndlər insanların xoşbəxt yaşaması üçün stimuldur.
    Əlbəttə, bu firəvanlığı gözü götürməyən müxalif qüvvələr var ki, qarayaxma və qərəzli kompanyalarının qarşısını almaq üçün Yeni Azərbaycan Partiyası üzvlərinin boy sıralarının artırılması ilə nail ola bilərik. Bu sahədə gənc nəslin üzərinə böyük vəzifələr düşür. Çünki Azərbaycan ağıllı, savadlı, dünyagörüşlü gənclərimizlə inkişaf edib, yaşayacaqdır.
    Məruzə ətrafında YAP Tərtər Rayon Təşkilatının aparat rəhbəri Kamil Məmmədov və uşaq gənclər idman şahmat məktəbinin müəllimi Məzahir Cəfərov çıxış etdilər.
    Qeyd etdilər ki, bu gün YAP sıralarında dövlətimizə və dövlətçiliyimizə sadiq insanlar cəmləşib. Hər kəs bilir ki, bizim partiyamız xalq partiyası olaraq sülh və əmin-amanlıq partiyasıdır.
    Yığıncaqda Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olundu.
    Sonda xatirə şəkli çəkdirildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.