Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen

     

     

     

     

     

     

    Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və onun nümayəndələri, idarə, müəssisə rəhbərləri ümumtəhsil məktəblərində, o cümlədən, Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış kompleksində fəaliyyət göstərən 1200 yerlik tam orta məktəbdə yerləşən Laçın rayonunun Çaylı kənd tam orta, Nərimaniya kənd ümumi orta, Ağdam rayonunun 84 saylı tam orta və Kəlbəcər rayonunun 36 saylı tam orta məktəblərində də oldular.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanın Əliyeva tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.
    Rayon rəhbəri rayonumuzda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, ötən tədris ilində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunmuş, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər tikilərək, istifadəyə verilmişdir. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli binaların tikintisi yekunlaşmaq üzrədir. Ümumiyyətlə, son on beş il ərzində rayonumuzda 9 məktəb binası tikilmiş, 8 məktəb əsaslı təmir olunmuş və 5 modul tipli məktəb quraşdırılmışdır.
    Qeyd olundu ki, bu il ali təhsil ocaqlarına sənəd verən 393 nəfərdən 236 nəfəri ali (onlardan 220 nəfəri builki, 16 nəfər isə əvvəlki illərin məzunlarıdır), 114 nəfəri isə orta ixtisas təhsilli məktəblərinə daxil olmuşdur. Onlardan 4 nəfəri 600-dən yuxarı, 29 nəfəri 500-dən yuxarı bal toplamışdır. Cəmşid Naxçıvanski adına hərbi liseyə 2, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2, Sərhəd Qoşunlarının Akademiyasına isə 3 nəfər məzunumuz qəbul olunmuşdur. 600-dən yuxarı bal toplayan 4 nəfərin 1 nəfəri şəhər 2 saylı, 1 nəfəri 6 saylı, 1 nəfəri Evoğlu, 1 nəfəri Qapanlı kənd tam orta məktəbin məzunlarıdır. Ali məktəblərə qəbul zamanı şəhər 2 saylı məktəb-lisey (32 nəfər), şəhər 1 saylı (29 nəfər), şəhər 5 saylı (11 nəfər), Hacıqərvənd (10 nəfər), Bəyimsarov (12 nəfər), Sarov (13 nəfər), Qaradağlı (10 nəfər) kənd tam orta məktəbləri fərqlənmişlər.
    Bu il 977 nəfər birinci sinfə qəbul edilmiş, 602 nəfər isə XI sinifdə təhsil alacaq. İnanırıq ki, cari ildə təhsildə qazanacağımız uğurlar ötən ildəkindən yüksək olacaq.
    Məktəblərdə keçirilən “Bilik günü”nə həsr olunmuş tədbirlərdə birincilər vətənə, anaya, məktəbə və şəhidlərimizə aid şeirlər söylədilər.
    Çıxış edən müəllim və valideynlər şagirdlərin sevincinə qoşuldular, onları təbrik edib, təhsildə uğurlar arzuladılar.
    Sonra çalınan zəng uşaqları sinif otaqlarına səslədi. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər siniflərə daxil oldular.
    “Bilik günü” müəllim və şagirdlər üçün yaddaqalan oldu.

    Müəllif: Redaktor, 10:02

İsmarıclar bağlıdır.