Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    ÖMRÜN CƏSURLUQ YOLU

    1994-cü ilin sonları idi. Adəti üzrə Qarabağ müharibəsi iştirakçılarından yazmalı idim. Onun üçün Qarabağ əlliləri cəmiyyətinə zəng etdim və bir nəfər döyüşçünün barəsində yazacağımı bildirdim. Heç 10 dəqiqə çəkmədi”, 2 nəfər redaksiyaya gəldi. ( O vaxt redaksiya ilə əlillər cəmiyyəti yaxın binalarda yerləşirdi). Gələnlərdən biri Akif Lalayev, digəri cəmiyyətin o zamankı sədri İlham Mustafayev idi. Bir qədər söhbətdən sonra Akif Lalayevin savadlı, intellektli döyüşçü olmasına, İlham Mustafayevin boy-buxununa, şəxsiyyətinə, heyrət etdim…
    Bu gün o döyüşçülərdən biri–İlham Mustafayevlə üz-üzə oturmuşuq. O zamankı İlhamla bu günkü İlhamı müqayisə edirəm.
    Vətənimiz, torpaqlarımız uğrunda bir gözünü, bir qolunu, ayaq barmaqlarından birini itirmiş, üz-gözündə dəhşətli müharibənin çapıqları varıydısa da cavan görünürdü. Bu gün isə onun görkəmində son 25 ilin izləri hiss olunur. Sanki, danışığı, əsəbi də dəyişib. Bu gün İlhamdan yazmağımın əsas səbəbi ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə onun “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi oldu. Yenidən döyüş günlərini yada saldıq, ona göstərilən dövlət qayğısından danışdı.
    İlham Mustafayev:
    –1990-cı ildə Özünümüdafiə Batalyonları təşkil olunanda mən də kəndimizdə yaradılmış “Cəmilli” Özünümüdafiə Batalyonuna yazıldım.
    . İlk müdafiə döyüşümüz “Torpaq təpə” deyilən ərazidən başladı. Batalyona tapşırıq verilmişdi ki, Şikar Şikarovu düşmənlər vurub, onun cəsədi döyüş ərazisində qalıb, mütləq çıxarmaq lazımdır. Batalyon döyüşçüləri ilə bərabər verilən əmri yerinə yetirdik. Cəsədi çıxararaq Tərtər hospitalına təhvil verdik.
    İkinci əməliyyat Səhlabad kəndi istiqamətində oldu. Rahilə Orucovanın cəsədini çıxarmaq lazım idi. Bu tapşırığı da yerinə yetirdik.
    –İlk dəfə yaralanmağınız barədə nə deyə bilərsiniz?
    İlham Mustafayev:
    – Vəng istiqamətində gedən əməliyyatlarda 13 nəfər döyüşçümüzün meyidinin ərazidən çıxarılması əmri tapşırılmışdı. Onu da bildirim ki, mən əvvəl kəşfiyyatçı kimi batalyona daxil olmuşdum, sonra isə bölük komandiri kimi döyüşürdüm. Mənim bölüyümdə çox ürəkli oğlanlar varıydı. Vəng əməliyyatı çox ağır əməliyyat idi. Drombon kəndində mənim bölməmin köməkliyi ilə düşmənə xeyli zərbə vurduq. Ermənilərin bir vilisini, bir KAMazı-nı, bir PDM-ni və xeyli silahlarını gətirdik. Bu döyüşdə mən sağ tərəfdən qəlpə yarası aldım. Müalicə olunmaq üçün Tərtər hospitalına gətirildim. Bir müddətdən sonra yenidən batalyona qayıtdım. Müharibənin içində olmaq dəhşətdir!
    Madagiz və Sərsəng su anbarları ətrafında qanlı döyüşlər gedirdi. Mən də bölüyümlə birlikdə mənfur ermənilərə qarşı aparılan bu savaşa qoşulmuşduq. Bütün döyüşçülər yalnız düşünürdülər ki, Sərsəng su anbarı düşmənin əlinə keçməsin. Ağır döyüş gedirdi. Qəfləti gözlərimdə hər yan qaraldı. Briqada komandiri Nəcməddin Sadıqovun səsi eşidilirdi: “Yaralını ərazidən çıxarıb hospitala çatdırmaq lazımdır.!”
    Bu əməliyyatda mən çox ağır yaralandım. Müalicəm üçün məni Bakıya, ordan da Almaniyaya göndərdilər. Xeyli müalicə aldım. Sonda bir gözümü, bir qolumu, ayaq barmağımı itirdim. Sifətimdə bir neçə yerdə çapıqlar qaldı.
    Artıq qanlı-qadalı o günlər arxada qalıb. Ölkəmizin əhalisi Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasətinə və ordumuza arxalanaraq dinc şəraitdə yaşayır. Lakin, Ilham Mustafayev kimi Qarabağ veteranlarımız, şəhid ailələrimiz daim dövlətin qayğısını öz üzərində hiss edir. I qrup Qarabağ Müharibəsi əlili İlham Mustafayev dövlət tərəfindən minik maşınıyla və evlə təmin olunub. Onun döyüş şücaəti “Vətən naminə”, “Müstəqilliyimizin 100 illiyi” medalları ilə təltif edilib. Qarabağ uğrunda döyüşənlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlığını bildirdi… Söhbət zamanı İlham onu da qeyd etdi ki, qardaşı Xaliq, bacısı Məhəbbət də Qarabağ müharibəsi veteranlarıdır. O döyüş yoldaşlarını da xatırladı. Dedi ki, Asim, Savalan, Dönməz, Əyyub, Mayıl, Yaşar, Şükür, Suliddin ən gözəl döyüşçülər olub. Hər birinin döyüş yolu haqqında daha çox danışa bilərəm.
    İlham Mustafayev həm də gözəl ailə başçısıdır. 2 qızı, 1 oğlu və 1 nəvəsi var. Oğlu Çingiz Balakəngərli kənd məktəbinin 4-cü sinfində oxuyur. O da atası kimi vətənpərvər böyüyür.

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 08:15

İsmarıclar bağlıdır.