Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    “TƏRTƏR” YARIMSTANSİYASINDA VƏZİYYƏT NECƏDİR?

    “Azərişıq” ASC yarandığı dövrdən “Mərkəzi Aran” Regionunda elektrik təchizatının yaxşılaşdırılmasına, elektrik enerjisi verilişində yaranan uzunmüddətli fasilələrin qarşısının alınması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işlərinə başlanılmışdır. Bu istiqamətdə görülən işlərdən biri kimi Tərtər rayonu ərazisində 110/35/6 kV-luq 1×25 və 1×40 MVA gücündə olan yeni “Tərtər” yarımstansiyasının tikintisini göstərmək olar. “Tərtər” yarımstansiyası vasitəsilə Tərtər şəhəri və ətraf 9 yaşayış məntəqəsinin 35 kV-luq Dəmirçilər hava xəttinin üzərində olan 35/10 kV-luq “Dəmirçilər”, 35 kV-luq Sarıcalı hava xəttinin üzərində olan 35/10 kV-luq Sarıcalı və 35 kV-luq İsmayılbəyli hava xəttinin üzərində olan 35/10 kV-luq İsmayılbəyli yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyada 110 kV-luq açıq paylayıcı qurğu, 5 ədəd müasir tipli “Eleqaz” açarlarla təchiz edilərək, məsafədən idarə olunan ayrıcılar quraşdırılmaqla icra olunmuşdur. 8 ədəd çıxış fideri olan 35 kV-luq müasir tipli qapalı paylayıcı qurğu, 18 ədəd çıxış fideri olan 2 giriş, 2 bölmədən ibarət 6 kV-luq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılmışdır.
    Sözügedən yarımstansiya 110 kV-luq Naftalan və 110 kV-luq Bərdə hava xətləri vasitəsilə qidalanır.
    Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilmişdir. Yarımstansiyanın ərazisi abadlaşdırılaraq ağaclar, gül kolları əkilmiş, sahəyə su xətti çəkilmişdir. Qəza yağ tutumu, yanğın əleyhinə su tutumu hovuzları inşa edilmişdir. Yarımstansiyanın ətrafı üzlüklü daş hasarlarla hasarlanmışdır.
    Hava xətlərinin yarımstansiyadan çıxışları kabel xətləri ilə yerinə yetirilmişdir. Yarımstansiyada növbətçi personal üçün müvafiq otaqlar, mühafizə otağı, texniki xidmət otağı və idarəetmə otaqları inşa edilmiş, lazımi şərait yaradılmışdır. Foyedə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin energetika sahəsində görülmüş işləri əks etdirən fotosərgi quraşdırılmışdır.
    “Azərişıq” ASC-nin daxili imkanları hesabına Tərtər şəhəri Nəriman Nərimanov, Elman Hüseynov, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə küçələrində və Hacıqərvənd, Həsənqaya, Şıxarx, Azadqaraqoyunlu, Təzəkənd, Ələsgərli kəndlərində yenidənqurma işləri aparılmışdır.
    Ümumiyyətlə, 18393 abonentin (o cümlədən, 17103 əhali abonenti, 1290 qeyri- əhali abonenti) elektrik enerjisi ilə təmin edilməsi 110/35/6 kV-luq “Tərtər” yarımstansiyası vasitəsilə həyata keçirilir.
    Biz də “Energetiklər Günü” münasibətilə şəbəkənin rəisi Zülfü Salahov başda olmaqla Tərtər Elektrik Şəbəkəsinin bütün kollektivini təbrik edirik, onlara gələcək işlərində uğurlar arzulayırıq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:32

İsmarıclar bağlıdır.