Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Okt

    (Növbədənkənar yazı)

    Məktəbdən gəlirəm, yüküm ağırdı. Beşinci sinifdə Azərbaycan dili dərsi. Zəngə bir az qalmış bir uşaq–Yunis yerindən əl qaldırdı:
    –Müəllim, bir şeir oxuyum.
    –Oxu,–dedim.
    Deyəsən, bu uşaqlar da keçənilki on birlərdən şeir estafeti alıblar ya da məni çox şairanə görürlər.
    Oxudu, özü də pafosla! Şagirdlərim onlar üçün yaratdığım demokratik ortamdan yararlana bilirlər. Sevinirəm buna!
    Və bu əl boyda uşağın şeirinə əl gəzdirmədən, redaktə etmədən sizə təqdim edirəm. Beləliklə,
    Mənim Şuşam!

    Şuşada bir sevgi var məndə,
    Deyir, gəlin alın məni.
    Onsuzda , Azərbaycana qayıdacağam!
    Sonsuz Azərbaycanın olacağam !

    Şuşa, Şuşa , ay Şuşa!
    Artıq qayıtsana!
    Daha dözə bilmirəm!
    Mən səni gözləyirəm!

    Artıq mən səni almalıyam,
    Bağrıma basmalıyam!

    Ölüm də olsa səni qorumalıyam!
    Şuşam, Şuşam, canım Şuşam!

    Azərbaycan Şuşanı alınca,
    Erməniləri qovunca,
    Azərbaycan bayrağı dalğalanınca
    Artıq Şuşa Azərbaycana qayıdıbdır!

    Gördüyünüz kimi burda nə şeir var, nə şeiriyyət. Amma 11 yaşlı uşağın ruhuna baxın! Bu uşağın özündən çox-çox yaşlı düşüncəsinə, özündən çox böyük həsrətinə, istəyinə baxın!
    Burda özüm də Şuşadan çox yazmışam. Şuşa haqqında çox şeirlər, yazılar oxudum, amma hamısı Yunisin bu şeirinin yanında sıfır qaldı!
    Və bu gün dərsdə oxuduğumuz mətndə Orxan adlı ayağında qüsur olan bir uşaqdan danışmışdıq. Dedim ki, Yunis, Şuşa özü qayıda bilmir, dizləri qırılıb, üzüstə düşüb! Biz getməliyik onun yanına. Orxan kimi tənbəlliyi buraxıb, əzmkarlıq etsək, gedə biləcəyik!
    Vəəə… Ayağı yer tutanlar, gedin, Şuşanı gətirin, bu uşağa verin, ömründə üzünü görmədiyi Şuşanı, həsrəti sizdən böyük bu uşağa!

    Müəllif: Redaktor, 10:28

İsmarıclar bağlıdır.