Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Okt

    Bildiririk ki, 16 oktyabr 2019-cu il tarixdə YAP Tərtər Rayon Təşkilatının Şurasının geniş tərkibli Şura iclası keçirildi. İclasda ərazi ilk partiya təşkilat sədrləri, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri iştirak edirdilər.
    Rayon təşkilatının sədri Ramiz Şabanov məlumat verdi ki, 12 oktyabr 2019-cu il tarixdə YAP Mərkəzi Aparatında partiyanın Sədr müavini–icra katibi Əli Əhmədov ölkəmizdə son illərdə partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm uğurlara imza atıldığını, Azərbaycan dövlətinin çıxış etdiyi təşəbbüslərin regionda və dünyada müsbət qarşılandığından dövlətimizin nüfuzunun artdığını, iqtisadiyyatımızın sürətli inkişafı nəticəsində ölkənin maliyyə imkanlarının yüksəldiyini və bütün bunların sayəsində yeni iş yerlərinin yaradılması, əhalinin, sosial qayğıya daha çox ehtiyacı olan əlillərin, şəhid ailələrinin, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gərəkli addımlar atıldığını, əməkhaqlarının, təqaüdlərin artırılmasını təmin edəcək inqilabi sosial paketin reallaşdırılması istiqamətində atılan addımları müşavirə iştirakçılarının nəzərinə çatdırdı. Rayon təşkilatı və onun ərazi ilk partiya təşkilatları cari ildə keçiriləcək bələdiyyə seçkilərinin demokratik,
    şəffaf və aşkarlıq şəraitində keçirilməsi seçkilərdə YAP-ın mütləq qələbəsinin təmin olunması üçün bütün təşkilatı, təbliğat və təşviqat işlərini yüksək səviyyədə təşkil etməli, bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürüləcək şəxslər siyasi cəhətdən yetkin, yaşadıqları və fəaliyyət göstərdikləri ərazilərdə hörmət və nüfuz sahibi olanlar arasından seçilməlidir. Ramiz Şabanov bələdiyyə seçkiləri ilə əlaqədar görüləcək işlərin tələblər səviyyəsində həyata keçiriləcəyinə rayonumuzda həmişə olduğu kimi, bu ilki seçkilərdə də YAP-ın qələbəsinin təmin olunacağına əminliyini bildirib, bütün ərazi ilk partiya təşkilatlarının bu istiqamətdə işlərin gücləndirilməsi tövsiyələrini verdi.
    İclasda çıxış edən rayon təşkilatının Şura üzvü Kamil Məmmədov, rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə, Şura üzvü Fitat Əliyeva, ərazi ilk partiya təşkilat sədrlərindən Pərviz Mustafayev, Vəli Əliyev çıxış ediblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:58

İsmarıclar bağlıdır.