Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    KEÇMİŞ DÖYÜŞÇÜNÜN
    ARZULARI

    Qarabağ savaşı insanlarımızın Vətən sevgisinin bir daha nümayişinə çevrildi. Əli silah tutan hər kəsata da, oğul da, hətta cəsur, qorxmaz qızlarımız da mənfur erməniyə qarşı savaşa qatıldı. Vətənimizin ərazi bütövlüyü uğrunda mərdliklə döyüşdü. Onlar ya şəhid oldular, ya da ki, qazi. Hansı qazini dindirsən keçdiyi döyüş yolundan çətinliklərə baxmayaraq, vətən uğrunda candan keçməyə hazır olduqlarından böyük sayqı ilə danışır. Belə döyüşçülərdən biri də Qasımov Şükür İsgəndər oğludur.
    Şükür Qasımov 1956-cı ildə Tərtər rayonunun Balakəngərli kəndində anadan olub. Orta təhsilini Cəmilli kənd məktəbində alıb. Hələ yeniyetməlik illərində rəssam olmaq arzusu ilə yaşayıb. Orta
    məktəbi 1973-cü ildə bitirdikdə gecikdiyindən ali məktəbə qəbul ola bilməyib. 1974-cü ildə Çingiz İldırım adına Politexnik İnstitutunun mexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Kirov vilayətində daxili qoşunlarda xidmət keçib. 1976-cı ildə hərbi xidmətini başa vuraraq qayıdıb və təhsilini davam etdirib. İnstitutda oxuduğu illərdə həm də Gəncə şəhərində Hərbi Aviasiya polkunda müqaviləli hərbi qulluqda çalışıb. 1983-cü ildə institutu bitirərək Mirbəşir (Tərtər) rayonunun “Özbəkistan” kolxozunda təchizat mühəndisi vəzifəsində işləyib.
    Döyüş xatirələri
    Şükür Qasımovun dedikləri:
    –1992-ci ilin aprelində “Tərtər Özünümüdafiə Batalyonu”na gəldim. O zaman hərbi komissar Boris Zöhrabov məni batalyonda texniki bölmədə “BTR–60” ekipajına nişançı komandir və texnikaların bölmə komandiri vəzifəsinə təyin etdi.
    İlk döyüşümüz Marquşe-van (indiki Şıxarx) kəndindən başladı. Üzümlüyün üst tərəfindən Tərtərin “Nar bağı” deyilən ərazisində texnika üçün səngər qa-zılmışdı ki, orada İnqilab Ağayevin bölüyü yerləşmişdi. İdarə etdiyim hərbi maşınla həmin səngərə girdim. Bu zaman ermənilər “Vinzavod”un yanında yerləşən uzaqvuran toplarla Tərtərə atəş açırdılar. Mən topçumuz Alıxanov Elxandan ermənilərin topunu necə vura biləcəyim haqqında məlumat öyrəndim. O, dedi ki, mərmi topdan məşəl kimi çıxır, həmin məşəlin ortasını nişan al-san, topu sıradan çıxaracaqsan. Topçunun sözünə əməl etdim. 5-ci mərmi ilə topu vurdum. Sonra Elxan Alıxanov iki-üç dəfə öz topu ilə mərmi atdı və düşmən tərəfdən cavab gəlmədi. Onda bildik ki, artıq erməninin topu sıradan çıxıb.
    Baş leytenant Akif Lalayev texniki bölmənin komandiri idi. Onun batalyona texnikanın gətirilməsində, şəxsi heyətin formalaşmasında, xüsusi ilə nişançının təkmilləşməsində böyük əməyi varıydı. Mən onun birinci dərəcəli nişançısı sayılırdım. 1992-ci il may ayının 11-də bizim texnikalarımız düşmənə qarşı hücuma keçərkən Qapanlı əraziində minaya düşərək, sıradan çıxmışdı. Təkcə mənim komandir olduğum texnika salamat qalmışdı. O, da Əfqanıstan döyüşçüsü olmuş, həmin texnikanın sürücüsü Rasim Əliyevin sayəsində mümkün olmuşdur. Bu hadisədən 15 gün sonra həmin texnika ilə düşmənin döyüş maşınını vurub yandırdım.
    1992-ci ildə Ağdərə istiqamətində “Vışka” deyilən yerdən batalyon komandiri Elman Hüseynovun tapşırığına əsasən 30 nəfər döyüşçü ilə hücuma keçdik və qonşu batalyonların köməkliyi sayəsində Ağdərə şəhərini ermənilərdən təmizlədik. O zaman bu müvəffəqiyyəti komandir müavini mərhum Tağı Tağıyev xüsusi olaraq qeyd etdi. Həmindöyüşdən sonra batalyon nədənsə tərxis olundu.
    Şükür Qasımov xatirələrini yada saldıqca xəyallar çözələnir, yaddaş dəftəri vərəq-vərəq səhifələnir, sanki xatirələr birbirini çəkib gətirir. Keçmiş döyüşçü yenidən yaddaşının axarına düşərək deyir:
    –1993-cü il oktyabrın 3-də yenidən “Tərtər–2” ba-talyonuna texnikalara qarşı minaatan (qumbaraatan) bölməsinə qəbul olundum. Ağdərə ilə 3 nömrəli sovxozun ərazisində “Tər-tər–1” ilə “Tərtər–2” batalyonu dəyişərək “postu” qə-bul etdi. O zaman bölük komandiri Savalan Vəliyev köhnə sistemli “Teşeka” pulemyotunu mənə həvalə etdi. Bu zaman Umudlu yolunun üst tərəfində ermənilərin bir azərbaycanlı qadını təhqir edib ona işgəncələr verdiyini gördüm. Həmin an düşünmədən erməniləri vuraraq qadını işgəncədən qurtardım.
    1994-cü il 1 iyun tarixində Akopkamari (Lüləsaz)–Çardaxlı istiqamətində fermanın üst tərəfindəki mövqedə “Tərtər–1”, “Tərtər–2” və Mingəçevir batalyonları yerləşmişdi. Bu vaxt mən bölük komandiri Savalan Vəliyevin əmri ilə “PK” pulemyotun arxasında idim. Er-mənilər Çardaxlı qəbiristanlığından minaatanla dayandığımız ərazini atəşə tutdular. Birinci mərmi Mingəçevirdən olan döyüşçünün başını üzdü. Ba-talyon komandiri Ağasəlim Ağayev bunu görüb həmin minaatanları vurmağı əmr etdi. İki atəşə düşmənin minaatanlarını məhv etdim. Sonra erməni texnikaları bizə qarşı hücuma keçdi. “Tərtər–1”in döyüşçüsü Kərəm adlı oğlan düşmənin qarşıdakı texnikasını vurdu. O zaman “Tərtər–1”in bölmə komandiri Yaşar Məmmədov öz bölüyü ilə Ağkilsə istiqamətində hücuma keçdi və düşmənin “3 BMP”-sinin 2-sini vurdular, 1-i isə salamat qaldı. Bir də gördük düşmənin “T–72” tankı üzərimizə gəlir. Həmin anda 3 mərmi atıldı. Onu “Tərtər–1”dən Kərəmlər və Nəsimi Yu-sibov atmışdılar. Həmin mərmilər tankın arxasında havada partladı. Bu anda mən 115 nömrəli erməni tankının arxasına keçərək 15 metr yaxınlıqdan tankın gövdəsi ilə başını vurub sıradan çıxartdım. Bu əməliyyat zamanı düşmən tərəfdən atılan pulemyot gülləsi sol budumdan məni ağır yaraladı. Oradan məni Tərtər hospitalına, sonra isə 19 nəfər yaralı ilə birlikdə helikopterlə Bakı şəhərinə Papalin xəstəxanasına gön-dərdilər. 6 ay müalicə götürdükdən sonra yenidən batalyona qayıdıb bölmə komandiri kimi 1994-cü il dekabrın 22-dək döyüşdüm. Bu tarixdə ölkə Prezidentinin sərəncamı ilə tərxis olundum.
    Şükür Qasımov keçdiyi döyüş yolundan kitablar yazmaq olar. Mən onun xatirələrinin bir hissəsini qələmə ala bildim. Güman edirəm ki, igid döyüşçü bunu mənə bağışlayar.
    Qarabağ müharibəsi mövzusu bir döyüşçü kimi Şükür Qasımovun yaddaşında anbaan qalıb və söz düşəndə saatlarla o xatirələri danışıb xatırlayır. Şükür Qasımov müharibədən sonra təsərrüfatla məşğul olub. 2005-ci ildən qaz istismarı idarəsində hal-hazıra kimi işləyir. 3 övladı var. Oğlu Şamxal ailəli olmaqla hərbiçidir. Qızı Şəbnəm Yevlax şəhərində yaşayır, ailəlidir. Kiçik oğlu da hərbiçi, subaydır, atasıgillə birgə yaşayır. Həyat yoldaşı Qənirə evdardır. 4 nəvəsi var. Şükür Qasımov 1998-ci ildən II qrup Qarabağ müharibəsi əlilidir. Bu gün o, torpaqlarımızın azad olunmasını ən böyük arzusu hesab edir və buna inanır ki, əsir torpaqlarımız tezliklə azad olunacaq.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:15

İsmarıclar bağlıdır.