Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri və nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev Tərtər rayonunda “Sosial yardım asılılığından özünüməşğulluğa doğru” mövzusunda keçirilən ictimai müzakirədə iştirak ediblər.
    BAMF-ın Tərtər rayonundakı Regional Peşə Təlim Mərkəzində keçirilən tədbirdə nazirliyin müvafiq bölgə üzrə yerli qurumlarının əməkdaşları, İctimai Şuranın ayrı-ayrı üzvləri, layihə iştirakçıları və özünüməşğulluq proqramına müraciət edən həssas qrupların nümayəndələri iştirak ediblər.
    İctimai müzakirədə iştirak edən Sahil Babayev aparılan sosial islahatlar barədə maarifləndirmə işlərinin əhəmiyyətini, bu kimi tədbirlərin davam etdirilməsinin önəmini qeyd edib.
    Umud Mirzəyev həssas qruplardan olan şəxslərin kiçik ailə biznesinə malik olmaları üçün nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramının əhali tərəfindən rəğbətlə qarşılandığını və bu proqramın mühüm sosial-iqtisadi önəm kəsb etdiyini deyib.
    Tədbirdə BAMF-ın vitse-prezidenti Ramil Əzizov, İctimai Şuranın işçi qrupunun rəhbəri Zaur Quliyev və digərləri mövzu ilə bağlı çıxış ediblər.

    “Yeni Tərtər”
    ­

    Müəllif: Redaktor, 10:10

İsmarıclar bağlıdır.