Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    DSC_8583Havalar soyuduqca, rayonumuzun kəndlərinə mavi qaz yanacağının verilməsi işləri də sürətlənir. Cəmi bir neçə gün əvvəl Təzəkənd kəndinə qaz verildi. Ondan biraz keçməmiş Hacıqərvənd kəndinə qaz çəkildi. Bu münasibətlə təşkil olunmuş tədbiri giriş sözü ilə Hacıqərvənd kənd İƏD üzrə nümayəndə Vəli Əliyev açdı. Bildirdi ki, kəndimiz rayonun əhalisi çox olan yaşayış məntəqələrindən biridir. Burada 2850 nəfər əhali yaşayır. Bu günü səbirsizliklə gözləyən kənddə 556 evə qaz xətti çəkilib, sayğac qoyulub. Buna görə mən kənd sakinləri adından ölkə Prezidentinə minnətdarlığımı bildirirəm.
    Sonra kənd ağsaqqalı Rəhman İbrahimov bu işdə əməyi olan insanların hamısına razılıq etdi.
    Bu sevincli gündə söz alıb danışan Hacıqərvənd kənd tam orta məktəbinin direktoru Rövşən Həsənov rəhbərlik etdiyi məktəbin kollektivi adından ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını söylədi.
    Kənd həkimi Məhəbbət Həsənova dedi ki, biz bu günü çoxdan gözləyirdik. Hamıdan çox sevinən biz qadınlarıq. Evlərə qaz yanacağının verilməsi işimizi asanlaşdırdı. Bu işdə əməyi olan hər bir insana bir həkim kimi möhkəm cansağlığı diləyirəm.
    Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev tədbirə toplaşan kənd sakinlərinə gözaydınlığı verdi. Hamının nəzərinə çatdırdı ki, qazla daim ehtiyatlı dav-ranmaq lazımdır.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini təbrik etdi, “bu mavi yanacaqdan həmişə xeyir işlərdə istifadə edəsiniz!” – dedi. Diqqətə çatdırdı ki, bu, ölkə Prezidenti möh-tərəm İlham Əliyevin tərtərlilərə göstərdiyi qayğısının təcəssümüdür.
    Sonra mavi alov şölələndirildi. Kənd sakini Mehman Mehdiyev məşəlin yanında qurban kəsdi.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 12:30

    Teqlər:

İsmarıclar bağlıdır.