Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy

    Əskipara kənd sakinlərinin örüş torpaqlarının zəbti ilə bağlı müraciətlərinə əsasən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon prokuroru Şıxəli Alməmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər Rayon Şö-bəsinin rəisi Ülvi Kazımov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov Əskipara kəndinə gedərək vətəndaşları qəbul etmişlər. Rayon rəhbəri vətəndaşlara bildirmişdir ki, örüş torpaqları heç vaxt əkilə bilməz, torpaqlar təyinatı üzrə istifadə olunmalıdır.
    Sakinlərə məlumat verilmişdir ki, Dövlət Əmlak Komitəsinin Bərdə Ərazi şöbəsinin əməkdaşları tərəfindən örüş yerinə baxış keçirilmiş, zəbt edilmiş örüş torpaqları barədə akt tərtib olunmuş, sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Agentliyə göndərilmiş, örüş torpağını əkən vətəndaşlar İXM-nin 241.1 maddəsinə əsasən hər biri 500 manat məbləğində cərimə olunmuşlar. Kənd sakinləri Natiq Quluyev, Babək Sadıqov, Habil Abdullayev, Fi-rudin Tağıyev, Zakir Mirzəyev, Sədrəddin Qasımov, Əli Əsədov, Bəhruz Hümbətov və başqaları onların müraciətlərinə yerində baxıldığı üçün rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:28

İsmarıclar bağlıdır.