Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy

    Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə aztəminatlı ailələrin, sosial cəhətdən az müdafiə olunan vətəndaşların, döğma yurdlarından didərgin salınmış məcburi köçkünlərin, əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün, ilk növbədə, həmin kateqoriyalardan olan həssas qəlbli insanlar mənzillərlə, evlərlə, maşınlarla təmin edilir. Onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Əlillər və aztə-minatlı ailələr daim dövlət qayğısı ilə əhatə olunurlar. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamı xüsusilə qeyd edilməlidir. Bu sərəncam əlillərin, aztəminatlı ailələrin, sağlamlıq imkanları məhdud insanların həyat səviy-yəsinin yüksəldilməsində mü-hüm rol oynadı. Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırıldı. Birinci vitseprezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə yorulmaz fəaliyyəti yüksək qiymətə layiqdir. Mərhəmətli xanımın fəaliyyətinin əsas amillərindən biri də ölkəmizdə sosial inkişaf, həssas qruplara, xüsusi qayğıya ehtiyac duyan şəxslə-rə, neçə-neçə aztəminatlı ailəyə sevinc və gələcəyə böyük inam hissi bəxş etməkdir. Həssas qruplarla bağlı xoşməramlı, nəcib layihələrin, xeyirxah təşəbbüslərin bir-birini əvəz etdiyi bu fəaliyyət yüksək humanizmin, diqqət və qayğının, vətənpərvərliyin və öz xalqına sıx bağlılığın, bitib tükənməz xeyirxahlığın bariz nümunəsi-dir.
    Hər bir ölkənin ümumi inkişafı o ölkənin əhalisinin rifahı, vətəndaşının firavanlığı naminə aparılan siyasətdə öz təcəssümünü tapır. Bu mənada ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi müdrik, uzaqgörən milli inkişaf strategiyası, reallaşdırılan genişmiqyaslı köklü islahatlar bu gün Azərbaycanın qüdrətli iqtisadiyyata, güclü orduya zəmin yaratmışdır. Azərbaycan dünya birliyində mötəbər mövqeyə sahib olmaqla yanaşı, eyni zamanda güclü sosial siyasətə malik bir ölkəyə çevrilmişdir.
    Məlum olduğu kimi 2019-cu il sosial sahədə inqilabi islahatlar ilinə dönüb. Belə ki, Prezident İlham Əliyevin 2019-cu ilin ötən dövründə təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulmaqla , bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın nəticə etibarı ilə hər bir ailənin rifahına ciddi dəstək olub.
    Sosial ödənişlərin ünvanlı və aztəminatlı ailələr üçün daha təsirli şəkildə yönəldilməsi məsələsi dövlətin əsas hədəf-lərindəndir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qa-nun qəbul edilərək, 2006-cı ilin 1 yanvarından etibarən az təminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı ol-mayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə-lərə ünvanlı dövlət sosial yardımının təyinatına başlanıb. Hazırda 70 mindən çox aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub. Bir ailəyə orta aylıq məb-ləğ 240 manata yaxındır.
    Sakini olduğumuz rayonumuzda da aztəminatlı ailələr diqqətdən kənarda qalmırlar. Dövlət Sosial Müdafiə Fondu-nun rayon şöbəsindən verilən məlumata əsasən rayonumuzda 1300 nəfər aztəminatlı ailə yaşayır. Əlilliyə görə – 1-ci qrup üzrə 134 nəfər pensiya, 240 nə-fər sosial pensiya, 2-ci qrup üzrə 2300 nəfər pensiya, 917 nə-fər sosial pensiya, 3-cü qrup üzrə 156 nəfər pensiya, 585 nəfər sosial pensiya alanlardı. Bunların 217 nəfəri şəhid ai-ləsidir. 340 nəfər əlil Prezident təqaüdü ilə təmin olunublar. 37 nəfər sosial xidmətə ehtiyacı olan şəxslərdən 5 nəfəri şəhərdə, 32 nəfəri isə kəndlə-rimizdə yaşayır. 9436 nəfər əmək pensiyası alanlardır.
    Son illərdə aztəminatlı əhaliyə dövlət qayğısını əks etdirən göstəricilər içərisində ayrıayrı qrup vətəndaşlara müxtəlif güzəştlərin və imtiyazların verilməsi xüsusi yer tutur. Sosial müdafiəyə ehtiyacı olan şəxslərin maddi rifahının yaxşılaşmasına yönəldilən tədbirlərlə yanaşı, onların bəzi zəruri tələbatlarının ödənilməsi də rayonumuzda diqqət mərkəzindədir. Müharibə əlilləri və şəhid ailələrinin yaşayış evləri, minik avtomobilləri ilə təmin edilməsi, əlillərə sanatoriya-kurort müalicəsinin təşkili, hər il yüzlərlə ailəyə pulsuz dərman preparatlarının verilməsi dövlət qayğısının təcəssümüdür.
    Əhalinin sosial durumunun yaxşılaşması ölkədə sabitliyə və davamlı inkişafa təminatdır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:40

İsmarıclar bağlıdır.