Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy

    Evoğlu kəndində keçirilən qəbul-görüşdə Tərtər Rayon İcra
    Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda gedən tikintiabadlıq işlərindən, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərindən danışdı.
    Sonra sakinlərin müraciətləri dinlənildi.
    Kənd ağsaqqalı Şahin Hüseynov kənd sakinlərinin fasiləsiz içməli su, qaz, işıqla təmin olunduqları üçün respublika Prezidentinə minnətdarlığını bildirdi. Kəndin baş yolunun asfaltlanmasına, suvarmada olan
    çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu qeyd etdi. Teyyub Əliyev gənc kadrların irəli çəkilməsinə görə ölkə rəhbərinə minnətdarlıq etdi. Təvəkkül Məhərrəmov isə elektrik təsərrüfatının yenidən qurulma-sına, telefon nömrələrinin artırılmasına ehtiyac olduğunu bildirdi. Cəmilə Əzizova isə özünü-məşğulluq layihəsi ilə bağlı heyvandarlıqla məşğul olmaq üçün 3 ildir ki, növbəyə dayandığını, la-kin hələ də ona heyvan verilmə-məsi ilə bağlı müraciət etdi.
    Müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

    Müəllif: Redaktor, 10:49

İsmarıclar bağlıdır.