Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy

    Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhvalruhiyyəsi ilə qeyd edilib. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə Milli Məclisin deputatı Sahib Alıyev, Müdafiə Nazirliyinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri, ümumilikdə minlərlə rayon sakini iştirak ediblər.
    Yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başla-nıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçı-larını bayram münasibəti ilə təbrik edib, Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əla-mətdar hadisəsi kimi qiymətləndirib. Bildirib ki, üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçib.Qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı sevir və onunla qürur duyur. Respublikamızın bütün bölgələrində olduğu ki-mi Tərtər şəhərində də bayraq meydanının inşa edilməsi və hazırda Dövlət Rəmizləri Muzeyinin tikintisi bayrağımıza olan sevgi və ehtiramın gös-təricisidir. Meydanda 65 metr hündürlükdə dalğalanan bayrağımız cəbhə bölgəsində yaşayan tərtərlilərin qəlbini fə-rəh və qürur hissi ilə doldurur.
    Sonra Milli Məclisin deputatı Sahib Alıyev, rayon prokuroru Şıxəli Alməmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov, N saylı hərbi hissənin komandir müavini Namiq Ca-vadov, Qarabağ qazisi Nazim Quluyev, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Cəmil Əliyev atributlarımı-zın təbliği, gənclər arasında vətənpərvərlik hissi və millimənəvi dəyərlərin aşılanma-sında bu tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.
    Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər. Tədbir konsert proqramı ilə davam edib.
    Tədbirdə rayon rəhbəri tərəfindən Azərbaycan Respub-likasının Prezidenti cənab İl-ham Əliyevin Sərəncamı ilə təltif edilmiş Qarabağ qazisi İlham Mustafayevə “Azərbaycan Bayrağı” or-deni, Ayaz Məmmədova “Hərbi xidmətlərə görə” Azərbaycan Respublikasının medalı Raqil Ağayevə Azərbaycan Qarabağ Mühari-bəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təltif edilmiş “Vətən naminə” medalları təqdim edildi.

    Müəllif: Redaktor, 12:01

İsmarıclar bağlıdır.