Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Noy

    Yaman yada saldı bu gecə səni…

    Qəlbimi çəkdiyim həsrət üşüdür

    Köksüm isitdikcə şəkillərini.

    Yoxluğun yandıran olmazdı bu cür,

    Yaman yada saldı bu gecə səni!

     

    Səni xəyalımda tutub gedirəm,

    Özgə kimim var ki, pənah gətirəm?

    Qorxuram, özümü elə itirəm;

    Boynuna sarmanam görüncə səni.

     

    İstəklər kor edib, ümid qırmışam,

    Şəkil var bozarır, daha yormuşam!

    Evin bir küncündə evcik qurmuşam,

    Tapantək çəkəcəm bu küncə səni.

     

    Yuxuda lal-dinməz keçdin yanımdan,

    Həyatda dözməzdim havalanmadan.

    İnan ki, canını dırnaqlarımnan

    Didərəm, yanımdan gedincə sənin.

     

    Məhəbbət seliymiş, nə cür biləydim?

    Apardı, daşlardan-daşlara dəydim

    Hərdən düşünürəm: “Bəlkə öləydim,

    Bu cür heyran olub sevincə səni?…”

     

     

     Ətrimi ətrindən, saçınmı bu cür?

    Yaman yada saldı bu gecəm səni.

    Baxma ki, sevgidən gözüm su içmir,

    Ölüncə yolunu güdəcəm sənin…

     

    Gözəl

    Quşlar boylanmaqda yuvalarından,

    Aləmə nəğməli payları gözəl.

    Əfəl gileylənər havalarından,

    Yurdumun günləri, ayları gözəl.

     

     

    Çölləri oyadar çağlayan seli,

    Nəğmələr oxudar çiçəyi, gülü.

    Şimşəyi, yağmuru, çiskini, yeli,

    Büllur çeşmələri, çayları gözəl.

     

    Qara daşından da bal çəkər arı,

    Xarlayıb qurd salar dağların qarı.

    Nəvələr sayanda ağsaqqalları-

    Titrək barmaqlarda sayları gözəl.

     

     

     

        Hansı səsli çatar telli sazına,

    Tarın, kamançanın xoş avazına?

    Göz qoy oğlanına, boylan qızına,

    Mübarək soyları, boyları gözəl!

     

     

    Heyranam millətim yaşadan dilə,

    Var olsun xalqımı oxşadan gülə!

    Yallısız olanı görmədim hələ,

    Elin nişanları, toyları gözəl.

     

    Arzusu çin olsun sevənlərinin,

    Ömrü gülşən olsun qızın, gəlinin.

    Ellərin boy atan körpələrinin

    Səsləri-küyləri, hayları gözəl.

     

    Yaşın çoxaldıqca fəsilbəfəsil,

    Tanı, düşməninlə, dostlarını bil.

    Payızı qayğıkeş, yazı şirindil,

    Vətənin qışları, yayları gözəl…

     

    Müəllif: Redaktor, 09:15

İsmarıclar bağlıdır.