Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Noy

    Daha ikimiz də cəhənnəmliyik…

     

    Gözümün nurunu aldı bu təklik,

    Varsan nə yağında, nə tortasında!

    Düzdü, ikimiz də cəhənnəmliyik;

    Mən gendə yanacam, sən ortasında!

     

    Qılıncdan beş-betər kəsərmiş nəzər,

    Böhtannan, qarğışdan, şərdən əlhəzər!

    Dərdlər ürəyimin üstündə gəzər,

    Əcəl eşələnər tən ortasında.

     

    Boş qaldı xəyalda qurduğum evcik,

    Hər sevən taleyə düşməz elçilik.

    Mən xırman çölündə xırda sərçəcik,

    Qismətdən umduğum dən ortasında.

     

    Yuxum səni tapıb-itirər hərdən,

    Bəxtim röyalarda gətirər hərdən,

    Bəbəklər şəklini tor görər hərdən,

    Elə bil yurd salıb çən ortasında.

     

    Sevgi tərk etdisə-ümid də sönər,

    Göylərdən pərişan torpağa enər.

    Fələk bayram edər, Şeytan sevinər,

    Bacarsan, hicranın dön ortasında.

     

     

    Çox əsib-coşardın gözəl yanında,

    Daha, Vahid Əziz, əlləş canında.

    Məhv etdin eşqini alovlarında

    İndi, bacarırsan sən ortasında…

     

    Getmisən…

     

    Gülüm, axı hamı məni tanıyır,

    Bilmədiyin nə öyrənib getmisən?

    İndiyədək çəmən məni qınayır,

    Çiçəklərə gileylənib getmisən.

     

    Yar, olmaya canım sənə qəfəsmiş,

    Aramızdan nə çatlayıb, nə əsmiş?

    Bəlkə sevgi sənin üçün həvəsmiş?

    Ətrafımda veyillənib getmisən.

     

    Axı məni yoxun-varın bilirdin,

    Al günəşin, ilk baharın bilirdin,

    Saçlarımı zirvə qarın bilirdin;

    Bəlkə elə o sellənib getmisən?

     

    Bir zamanlar hər an dil-dil ötərdin,

    Çeşmələrdən, bülbüllərdən betərdin.

    Nə sevincin bəlli oldu, nə dərdin-

    Nə hönkürüb, nə dillənib getmisən.

     

     

     

    Sevənlərdir xatirələr qoruyan,

    Torpaqları göz yaşıyla doyuran,

    Yollar çoxdur insanları ayıran-

    Hara baxsan, şaxələnib getmisən…

     

     

    Tab edərdim məkrindəki qılınca,

    O yaxşıydı – xəzəl olub solunca.  İstəsəydin, su atardım dalınca,

    Göz yaşlarım səpələnib, getmisən…

     

    İnciyib qızların göyçəyi mənnən…

     

    Mən bu ağrıları çoxmu çəkərəm?

    İnciyib qızların göyçəyi mənnən.

    Özüm becərərəm, özüm əkərəm

    Güllər barışdırsa çiçəyi mənnən.

     

    Düşüb ayağına yenəmi gedim, Hansı ağbirçəyi minnətçi güdüm?

    Deyəndə: “Nə alıb hədiyyə edim?”,

    “Can” – dedi, ummadı heç nəyi mənnən.

     

    Ömrümü əlimnən alsa da – mənim,

    Qopub ləçək-ləçək solsa da – mənim,

    İllərlə yanımda olsa da mənim,

    Öyrənmir günahdan keçməyi mənnən…

     

    Müəllif: Redaktor, 09:17

İsmarıclar bağlıdır.