Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Noy

    Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
    Əvvəlcə icra başçısı rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri dilə gətirdi
    Sonra sakinlərin müraciətləri dinlənildi.
    Kənd ağsaqqalı Əlövsət Səfərov əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Respublika Prezidentinə minnətdarlığını ifadə etdi. O, kəndarası yolun asfaltlanmasına ehtiyac olduğu haqqında məlumat verdi. Əskinaz Məmmədova kənddə suvarmada olan çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun vurulması barədə təklif irəli sürdü. Fermer Zəfər Nəsirov kənd təsərrüfatının inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirdi.
    Müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Sonra fermer Zəfər Nəsirovun təsərrüfatı ilə tanışlıq oldu.
    Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:28

İsmarıclar bağlıdır.