Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek

    XX əsrin sonlarına yaxın keçmiş SSRİ məkanında gedən ictimai-siyasi proseslər Sovet imperiyasının subyektləri olan bəzi respublikalarda münaqişələrlə müşayiət olundu. Bu hadisələrdən ən çox əziyyət çəkənlər indiki Ermənistan Respublikasında və Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdə yaşayan dinc azərbaycanlılar idi. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan torpaq iddiası yüzlərlə yaşayış məntəqəsinin xaraba-zarlığa çevrilməsi, minlərlə insanın həlak olması, 1 milyona qədər dinc əhalinin öz ev-eşiyindən didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarından didərgin düşən bu insanların faciəsinin kökləri tarixin daha dərin qatlarına gedir.
    Azərbaycanın qədim yurd yerlərindən, zəngin mədəniyyət məbədlərindən sayılan bu ərazilər zaman-zaman qanlı müharibələr meydanına çevrilsə də, bu torpaqların əsl faciəsi XVIII əsrin sonu XIX əsrin əvvəllərində başladı.
    Qafqazı işğal etməyi qarşısına məqsəd qoymuş Çar Rusiyası Azərbaycan uğrunda İranla müharibələrə başladı. Nəticədə Şimali Azərbaycan ərazisin-də yerləşən bütün xanlıqlar Rusiya imperiyası tərəfindən işğal olundu. 1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil oldu. 1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürüldü. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İran-dan 40 min, Türkiyədən isə 84 000 er-məni köçürüldü.Rus çarının xüsusi himayəsi altında ermənilər az zaman içərisində yerli azərbaycanlıları silah və zor gücünə qaçqına çevirdilər.Beləliklə, XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyət xeyli dəyişdi.Yeni yurd yerlərində məskunlaşan ermənilər az keçmədi ki, “Dənizdəndənizə Böyük Ermənistan” xülyasına düşdülər. 1890-cı ildə Tiflisdə “Daş-naksütyun” təşkilatının yaradılması ilə erməni millətçiləri bütün Qafqaz ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın əməliyyatlarına başladılar. Bu qanlı hadisələr 1905-1907-ci illərdə xüsusilə qabardı. Həmin illərdə Zəngəzurda, Qarabağda və digər bölgələrdə minlərlə azərbaycanlı qətlə yetirildi.1918-ci il may ayının 27-də Zaqaf-qaziya Seyminin buraxılması ilə Gür-cüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdilərBu, o zaman idi ki, dünya müharibə-sinin qalibləri bu regionda yeni sərhədləri cızmaqla məşğul idilər. Bolşevizmin yayılmasının qarşısını almaq üçün müstəqil Qafqaz respublikaları-nın mövcudluğunu zəruri hesab edən Qərb dövlətləri yalnız İrəvanın ermənilərə paytaxt olaraq veriləcəyi təqdirdə Azərbaycan Xalq Cumhuriyyətini tanıyacaqlarını bildirdilər. Müstəqilliyini qorumaq və dünya ölkələri tərəfindən tanınmaq üçün Azərbaycan güzəştə getməyə məcbur oldu.Bu, İrəvan və ona yaxın mahallarda yaşayan yüz minlərlə azərbaycanlının faciəsinə səbəb oldu.1905-1907-ci və 1918-1920-ci illər-də Zaqafqaziyada baş vermiş iki qır-ğın zamanı 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yeti-rildi, öz ev-eşiyindən zorla qovuldu.
    1920-ci ildə bolşevik Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbay-can Xalq Cümhuriyyəti işğal olundu. Türkiyə ilə müharibədə ağır məğlubiyyətə uğrayan daşnak Ermənista-nında da bir qədər sonra Sovet hakimiyyəti quruldu.
    Sovet Rusiyası 1920-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini ərazisi kiçik olan Ermənistana bağışladı. 1923-cü ildə isə ermənilərin mənafeyinə uyğun olaraq Azərbaycan SSR ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
    İkinci dünya müharibəsi başa çatdıqdan sonra 1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi haqqında qərar verdi. 1946-1948-ci illərdə 100 min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdirildi.
    Xaricdən köçürülən ermənilərin yerləşdirilməsində çətinliklər olduğunu bəhanə edən Ermənistan hökuməti bu respublikada yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-ə köçürül-məsi təklifi ilə İosif Stalinə müraciət etdi. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 27-də qəbul etdiyi 4083 №-li qərarına əsasən, 1948-1953-cü il-lərdə 144654 nəfər azərbaycanlı zorla Ermənistandan köçürüldü.
    1985-ci ildə Mixail Qorbaçovun ha-kimiyyətə gəlişi ilə onun ətrafına topladığı ermənilər və ermənipərəst qüv-vələr dərhal hərəkətə keçərək əvvəlcə-dən ürəklərində gəzdirdikləri «Böyük Ermənistan» ideyasını reallaşdırmaq üçün çoxdan hazırladıqları planı or-taya qoydular. 1986-cı ildə Mixail Qorbaçovun Fransaya səfəri zamanı onun xeyir-duasını alan erməni millət-çiləri üçün niyyətlərinin həyata keçirilməsi yolunda indi bircə maneə qalırdı-SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun yeganə azərbaycanlı üzvü olan Heydər Əli-yev. Hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrlərdən Heydər Əliyevin bu məsələyə sərt və kəskin mü-nasibətindən xəbərdar olan erməni se-paratçıları və onların Kremldəki havadarları ilk tədbir kimi, 1987-ci ildə onun tutduğu vəzifədən uzaqlaşdırılmasına nail oldular.
    “Dənizdən dənizə Böyük Ermənistan” ideyasının əsas müəllifi və ilhamvericisi olan “Daşnaksutyun” partiyasının mənzilqərargahının Parisdən Yerevana köçürülməsi, regionda vəziyyətin son həddə qədər gərginləş-məsinə gətirib çıxartdı.
    1988-ci ilin fevral ayında Sumqayıt şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ermənilərin əli ilə hə-yata keçirdiyi hadisələrdən sonra er-məni millətçiləri tərəfindən hədəqorxu və terror hesabına Ermənistanda yaşayan 250 mindən artıq azərbaycanlı öz doğma yurdlarından qovuldu. Bu etnik təmizləmə əməliyyatları nəticəsində 216 nəfər qətlə yetirildi ki, bunlardan 57-si qadın, 23-ü uşaq idi.
    Beləliklə, erməni millətçilərinin 1905-ci ildən başlayan etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 1,5 milyon azərbaycanlı didərgin salındı və Ermənistan monoetnik dövlətə çevrildi.
    Ermənistandakı etnik təmizləmə əməliyyatını başa çatdıran erməni millətçiləri bütün qüvvələrini Dağlıq Qarabağda cəmləşdirib, bu ərazidə ya-şayan erməni separatçıları ilə birgə öz terrorçu fəaliyyətləri üçün Azərbaycan ərazisini əsas hədəfə çevirdilər.
    1991-ci ilin yayından etibarən Dağlıq Qarabağ ərazisində müharibə açıq xa-rakter almağa başladı. SSRİ-nin dağılması artıq mütəşəkkil ordu formasında fəaliyyət göstərən erməni hərbi birləş-mələrinin Dağlıq Qarabağ ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlamasına təkan verdi.
    1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstə-ləri “Dağlıq Qarabağ separatçı qüvvə-ləri”nin qərargah rəisi Arkadi Tomas-yanın, müdafiə naziri Serj Sarkisya-nın (sonralar Ermənistan prezidenti), Ermənistanın keçmiş rəhbəri Robert Koçaryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalı şəhə-rində azərbaycanlılara və Axısxa türklərinə qarşı soyqırım cinayətini həyata keçirdilər.
    Öz doğma yurdlarından didərgin düş-müş azərbaycanlı qaçqın və məcburi köçkünlər respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektinə sığınaraq, 12 çadır düşərgəsində, 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbədə, 16 fin tipli qəsəbədə, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, yeraltı qazmalarda və s. ağır və dözül-məz şəraitli obyektlərdə yaşamağa məcbur oldular.
    Azərbaycanda həmçinin 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü ilə yanaşı, çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq, Fələstindən olan 11 min nəfərədək «qaçqın» statu-su almaq istəyənlər sığınacaq tapıb.
    Beləliklə, 30 ilə yaxındır ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon bu günə kimi erməni işğalı altındadır. Qərbi Azərbaycandan zorla çıxarılan Azərbaycanlı əhalisi ilə birlikdə 2 milyon soydaşımız hazırda qaç-qın və məcburi köçkün olaraq respublikanın müxtəlif ərazilərində məskunlaşıb.
    Ümid edirik ki, ermənilərin tapdağı altında olan Azərbaycan torpaqları tezliklə işğaldan azad ediləcək və öz doğma yurdlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq!

    Müəllif: Redaktor, 10:04

İsmarıclar bağlıdır.