Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek

    Öz zəhməti ilə dolanan ailələrdən biri də sürücü Qərib Ədilovun ailəsi idi. Bu ocaqda 7 uşaq böyüyürdü, 4 oğlan, 3 qız. Hər gün səhərsəhər Qərib kişi öz sürücülük peşəsinin dalınca yollanar, həyat yoldaşı Gülarə isə bazara gedərdiki xırda alverlə məşğul olsun. Azyaşlı uşaqlar isə ya məktəbə gedər, ya da analarının tapşırdığı işləri yerinə yetirərdilər. Axşam ata-ana evə dönəndə qazandıqları halal zəhmət haqqı ilə uşaqları sevindirərdilər. Belə sadə ailələr o zamanlar bu qaydada dolanardılar. Tək-tək seçilən imkanlı ailələr varıydı. Beləcə bu 7 uşaq böyüyərək, hərəsi öz yolu-nu seçdi.
    Bu gün rayon camaatı arasında xüsusi xətir-hörmətə sahib olan, davranışı ilə fərqlənən, islamçı-lıq mədəniyyəti ilə seçilən din adamı Saleh Ədilov bu ailənin 7 övladından biridir.
    Saleh Ədilovun gənclik dövrü Qarabağ müharibəsi illərinə təsadüf edib. Mənfur ermənilərin törətdikləri cinayətlər, ələlxüsus doğma Tərtərimizi mərmi və raketlərlə atəşə tutması hələ də onun yaddaşından silinmir. O, hərbi xidmətini Azərbaycan ordusunda keçib. Əsgəri borcunu yerinə yetirdikdən sonra təsərrüfat işləri ilə məşğul olub. Lakin Salehin qəlbində həmişə Allahın yolun tutmaq, onun buyurduğu qayda-qanunlara riayət etmək hissləri onu rahat buraxmırdı. Hələ 12 yaşı olarkən müsəlman üçün vacib əməl hesab edilən namaz qılmağa başlayıb. Getdikcə bu istək artaraq onu daimi ibadətlə məşğul olmağa və dini təhsil almağa vadar edib. Bu istəklə də Bakı şəhəri Maştağa qəsəbə-sindəki “Cümə” məscidində mədrəsədə 2 il yarım dini təhsil alıb. 2003-cü ildən Tərtər “Cü-mə” məscidində fəaliyyətə başlayıb. Bunu söhbətimiz zamanı özü bildirdi.
    Rayonumuzda hamı onu dindar və imanlı bir insan kimi tanıyır. Gənclərin dini sahədən maariflənməsində Salehin çox böyük zəhməti olub. Qafqaz Müsəl-manları İdarəsinin və dini qurumların nəzdində aparılan maarifləndirmə işində təşəbbüskarlığı ilə fərqlənir.
    Ona belə bir sualla müraciət et-dim:
    –Müsəlman hansı xüsusiy- yətləri ilə fərqlənməlidir?
    –Müsəlman öz evindən başlayaraqata-anası, ailəsi, uşaqları, qonşuları, yoldaşları, ümumiyyətlə, cəmiyyət arasında mehriban olmalı, heç kəslə təhqiredici, qəlbə toxunacaq sözlərlə danışmamalı, Allahın nazil etdiyi Quranın ayə və surələrində göstərdiyi bütün qayda-qanunlara əməl etməlidir. Müsəlmanlar ixlaslı və imanlı olmalıdır, hər bir çətinlikdə və xeyirdə Allaha təvəkkül etməli və həmişə Ulu Tanrıdan bağışlanma istəməlidir, ibadətlə-rini vaxtlı-vaxtında etməli, qa-zancından pay verməyi bacarmalıdır, imkansızlara yardım etmə-li, acları imkan daxilində doyurmalıdır. Din adamının amalı saf olmalıdır.
    Saleh Ədilov 2009-cu ildən şəhidlərin müsəlman qaydaları ilə hazırlanıb yola salınmasına kö-nüllü öz köməkliyini təmannasız olaraq göstərir. Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfə-rovun bu işlərdə köməkçisi hesab olunur. 2018-ci ildən Əksi-para kənd məscidinə mütəvəlli təyin edilib. O vaxtdan kənd sakinlərinin köməkliyi ilə məscidə qə-dər olan yolun qaydaya salınma-sına nail olub. Rayon rəhbərliyi-nin və axundun yaxından köməkliyi ilə hazırda məsciddə bəzi ye-nidənqurma işlərinə başlanılıb. Dəstəmazxananın və namaz ota-ğının bərpası aparılır ki, keçirilən dini mərasimlər zamanı gələnlər hər cür rahatlıq tapsınlar.
    Saleh Ədilov həm də öz dini ya-zıları ilə qəzetimizdə tez-tez çıxış edir. Ona görə də o, qəzetimizin yaxın dostu sayılır və Redaksiya heyəti tərəfindən xüsusi diplomla qiymətləndirilib.
    Həmçinin Saleh Ədilovun zəhməti rayon rəhbərliyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və AQMƏŞAİB-yi tərəfindən”Əmək Veteranı” və “Vətən naminə” medalları ilə mükafatlandırılıb.
    Saleh Ədilov 2002-ci ildən dindar Leyla xanımla ailəlidir. Onların 3 övladı var. Böyük qızı Xədicə 10-cu sinifdə, Zəhra 7-ci si-nifdə, Hüseyn isə 4-cü sinifdə Tərtər şəhər 5 saylı tam orta məktəbdə oxuyurlar. O, həmişə bütün uşaqların dinc şəraitdə yaşama-larını, firavan həyat sürmələrini arzulayır. Onu da arzulayır ki, ölkəmizin üzərindən qara buludlar çəkilsin, torpaqlarımızın bütöv-lüyü təmin olunsun, hər yerdə əmin-amanlıq hökm sürsün.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:08

İsmarıclar bağlıdır.