Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek

    GƏLƏCƏYİMİZİN
    XATİRİNƏ

    Doğru deyirlər ki, narkomaniya narkotik tələdir. Bu tələyə düşən oradan çox çətinlik nəticəsində çıxa bilir. Yaxşı olar ki, ondan heç vaxt istifadə etməyəsən. Narkotik maddələr insan düşüncəsinə təsir edən, psixoloji asılılıq yaradan xəstəlik hesab olunur. Nar-komaniya yaddaşı və təfəkkürü pozaraq həyata qarşı la-qeydlik yaradır. Narkomaniya gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Digər vərdişlərdən daha təhlükəli olur. Narkotik satışı ilə məşğul olanlar hər il bir çox insanları bu işə cəlb edir ki, bunların da əksəriyyəti uşaq və gənclərdən ibarət olur. Bu baxımdan valideynlərin övladları ilə arasındakı münasibət narko-tiklərə qarşı mübarizədə böyük rol oynayır.
    Narkotik asılılığını aradan qaldırmaq çətin olsa da, mümkündür. Tez bir zamanda ailəsini, dostlarını, sağlamlığını, işini, həyatını itirməmiş bu uçurumdan xilas olmaq gərəkdir.
    Müasir dünyamızın ən mühüm problemlərindən olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkir. Əvvəl-lərdə bu təhlükə bir neçə ölkə qarşısında dururdusa, artıq narkotizasiyanın acı nəticələ-rini hiss etməyən ölkə tapmaq mümkün deyil. Vaxtı ilə bu problemə diqqət yetirilmə-diyindən artıq yoluxucu xəs-təlik kimi insanlar, xüsusi ilə gənclər arasında yayılmaqda davam edir, hətta yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır. Hazırda dünyada milyonlarla narkoman var. Onların bir qismi kişilər, bir qismi qadınlar, digər bir qismi də gənclər və uşaqlardır. Nakotiklərdən istifadə nəticəsində pisixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin törədilməsi anlarına tez-tez rast gəlinir. Buna görə də narkomaniya kriminogen amil hesab olunur. Nakomaniya ilk növbədə adamlarda insanlığı məhv edir, onu şüursuz bir varlığa, özünün insan olduğunu dərk etməyən “canlı ölüyə” çevirir.
    Bəşəriyyət qarşısında so-sial-iqtisadi, mənəvi-psixoloji, arzuolunmaz nəticələrə gətirib çıxaran narkomanlıq Azərbay-canda da aktual sahə hesab olunur. Respublikamızda narkomaniya ilə mübarizə sahəsində müvafiq dövlət proqramları və maarifləndirmə işləri aparılır. Lakin bu tədbirlər görülsə də bununla kifayətlənmək olmaz. Çünki yerləşdiyi geosiyası məkana görə narkobizneslər Azərbaycana daha çox meyillidirlər. Onlar ölkə-mizi narkotik vasitələrin qa-nunsuz dövriyyəsi üçün münasib dəhliz hesab edirlər. Odur ki, ölkəmizdə bu cür cinayətkarlığa qarşı mübarizə daha təsirli və peşəkar aparılmalıdır. Bu bəşəri bəladan qurtulmaq məqsədi ilə mübarizədə maarifləndirmənin təsirindən yetərincə istifadə gərəkdir. Xüsusilə yeniyetmə və gənclər arasında. Narkomaniyanın törətdiyi fəsadla-rın, xəstəliklərin haqqında cəmiyyətin, xüsusilə gənclərin biliklərinin az olması çox ağır nəticələrə yol açır. Odur ki, təbliğat və profilaktika işləri davamlı olaraq aparılır. Regionlarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda keçirilən layihələr gənclərin maariflənməsində öz müsbət təsirini göstərməkdədir. Ümumiyyətlə, narkomaniyaya qarşı mü-barizəni qalibsiz müharibə adlandırırlar. Yəni burada müharibənin konkret nəticəsi olmur. Görülən maarifləndirici təsir narkomanlığın çoxalmasının qarşısını alır. Bu mübarizəyə hamılıqla qoşulmaq gərəkdir. Bu problemin həllində cəmiyyətin hər bir təbəqəsi, kimliyindən asılı olmayaraq, hər bir vətəndaş fəallıq və diqqət göstərməlidir.
    Bu problemin həllində Tərtərdə də görülən işlər qənaətbəxş hesab edilə bilər. Rayon polis şöbəsinin əməkdaşlarının, tibb personalının, ictimaiyyət nümayəndələrinin təhsil ocaqlarında və ictimaiyyətlə apardığı maarif-ləndirmə işləri görülmüş tədbirlərin əsasını təşkil edir. Buna baxmayaraq, ötən illərdən fərqli olaraq narkomanlığın artması və cavanlaşması müşahidə olunur. Bu dəhşətli bəladan xilas olmağın vaxtı artıq çox gecikir. Belə davam edərsə bu bəşəri bəla adlandırılan “ağ ölüm”dən yaxa qurtarmaq işi çətinləşəcək. Nə qədər gec deyil, övladlarınızı, yetişən gənc nəsli gələcəyi-mizin xatirinə qoruyun, atalaranalar!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:14

İsmarıclar bağlıdır.