Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek

    YENİ TƏLİM MƏRKZİ AÇILIB

    “British Council” və Britaniyanın Azərbaycandakı səfirliyi bu il ikinci Resurs və Təlim Mərkəzini Tərtər rayonu ərazisində 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yerləşən Laçın rayonu Çaylı kənd orta məktəbində açıb.
    Açılış mərasimində Böyük Brita-niyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council”ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov, təhsil işçiləri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara məlumat verib ki, iki il əvvəl istifadəyə verilmiş yaşayış kompleksindəki mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürülüb. Yaşayış kompleksində zəruri infrastruktur obyektləriməktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klubicma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Dövlətimiz tərəfindən məcburi köçkünlər üçün hər cür şərait yaradılsa da, onların ən böyük istəyi doğma torpaqlarına qayıtmaqdır.Diqqətə çatdırılıb ki, “British Co-uncil” proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlanır, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Tərtərdə məcburi köçkünlərin təhsil aldığı məktəbdə açılan Resurs və Təlim Mərkəzi yaradılacaq beş yeni mərkəzdən ikincisidir.
    KİV nümayəndələri üçün keçirilən qısa brifinqdə “British Council”in Azərbaycan üzrə direktoru Samr Şah deyib: “Bu, Azərbaycanda həyata keçirdiyimiz əsas proqramlarımızdan biridir.
    Sonra Resurs və Təlim Mərkəzi-nin müəllimləri dərs nümunəsini nümayiş etdiriblər.

    Müəllif: Redaktor, 10:25

İsmarıclar bağlıdır.