Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek

    Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Tərtər Rayon İcra Ha-kimiyyətinin dəstəyi ilə Tərtər rayo-nunda keçirilən “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” adlı seminarmüşavirə çərçivəsində tanınmış rəssam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin rayon gəncləri ilə görüşü keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Apa-ratının İctimai-siyasi və humanitar mə-sələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umu-dov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
    Qeyd olunub ki, xeyirxahlıq, mərhə-mət, ədalətli davranış və s. bu kimi dəyərli keyfiyyətləri özündə birləşdirən mənəviyyat insanın ruhunda, düşün-cəsində yer alırsa, bu, onun həyatında özünü göstərir, əxlaqında, ictimai mü-nasibətlərində, davranışlarında təzahür edir. Buna görə də mənəvi dəyərlərin yeniyetmələr və gənclər arasında təb-liği çox vacibdir.
    Tanınmış rəssam Ziyadxan Əliyev bildirib ki, elmin, mədəniyyətin, incə-sənətin yüksək qiymətləndirildiyi Azərbaycanda milli-mənəvi və dini də-yərlərin təsviri sənətin müxtəlif növlə-rində işlənməsi dəyərlərimizə müxtə-lif baxış bucağından baxmağa, dünya-görüşümüzü artırmağa, qədim ölkəmiz haqqında daha ətraflı məlumatlar əldə etməyə geniş imkanlar açır.
    Yekunda iştirakçılarla geniş fikir mü-badiləsi aparılıb və onları maraqlandı-ran suallar cavablandırılıb.

    Müəllif: Redaktor, 10:30

İsmarıclar bağlıdır.