Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek

    Görüşdə rayon icra hakimiyyətinin, hüquqmühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən sürətli inkişafdan, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday” Diskussiya Klubunun 7 illik iclasının plinar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tutarlı cavabdan–“Qarabağ Azərbaycandır və nida” danışdı. Bildirdi ki, Möhtərəm Prezidentimizin çıxışının alqışlarla qarşılanması hər bir azərbaycanlını qürurlandırdı və Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində mövqeyinin dəyişməz olduğunu bir daha bəyan etdi.
    İcra başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində gö-rülən işlərdən, onları narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən də danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsini, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını, minimum pensiyanı, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə qaldırılmasını, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldı-ğını diqqətə çatdırdı.
    O, rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri də dilə gətirdi. Qeyd olundu ki, rayon taxılçıları bu il buğda istehsalında hər hektardan 41,6 sentner məhsuldarlıq əldə
    ediblər.
    Sahələrdən indiyədək 11 min 840 ton “ağ qızıl”, 18 min ton çuğundur toplanıb. Tərtərlilər pambıq yığımında məhsuldarlığa görə birinci yerdədirlər.
    Son beş ildə rayonda tikintiabadlıq işləri də geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib. İndi tərtərlilərin müasir Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər Şahmat Məktəbi, YAP rayon təşkila-tı-nın yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.
    Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi gedir. Burada mini futbol meydançası, üzgüçülük ho-vuzu, əl oyunları, boks, taekvando, gü-ləş üçün zallar, otel faəliyyət göstərə-cək.
    Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Mu-zeyi tikilir. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi-rifah halının yaxşı-laşdırılması durur.
    Sonra Qaradağlı kənd İƏD nümayəndə Razil Məmmədov kənd haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Qaradağlı kəndinin 540 tə-sərrüfatı, 1050 hektar ərazisi var. Kənddə 2312 nəfər əhali yaşayır. Ərazidə tam orta məktəb, tibb məntəqəsi, kitabxana, 10 ticarət və 4 məişət xidməti obyekti, ATS, 12 subartezin quyusu fəaliyyət göstərir. Bu il Qaradağlı kəndinin sakinləri 65 hektar buğda, 21,59 hektar sahədə pambıq əkmişlər. Hər hektardan 32 sentner taxıl, 43,2 sentner pambıq götürüblər, kümçülər dövlətə 500 kiloqram barama təhvil veriblər.
    İcra nümayəndəsi kəndin fasiləsiz işıq, su, qaz ilə təmin olunduğunu, 4500 metr kəndarası yolun təmir edildiyini, 5000 metr su arxının lildən tə-mizləndiyini də bildirdi.
    Sonra sakinlərin müraciətləri dinlənildi.
    Kənd ağsaqqalı Bayram Orucov və Qarabağ müharibəsi veteranı Elbrus Sadıqov kənddə suvarmada olan çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun vurulmasına ehtiyac olduğu, şəhid ailəsi Sevda İsmayılova oğlunun işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etdilər.
    Müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Sonra Xoruzlu kənd sakini, şəhid anası Nazilə Həsənovanın müraciətilə bağlı evinə baxış keçirildi.
    Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

    Müəllif: Redaktor, 10:37

İsmarıclar bağlıdır.