Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Dek

    Bismillahir Rahmənir Rəhim.
    Mehriban və bağışlayan Allahın adı ilə!
    İslam! Bu əzəmətli və möhtəşəm ad çəkilərkən belə, insanda istəristəməz qəribə bir hiss oyanır. Çünki artıq əsrlərdi ki, bu adı daşıyan dinin nuru bütün dünyaya işıq saçmaqdadır. Bütün səmavi dinlər kimi, islam dini də Təkallahlıq inancına sahibdir. Bu din həm inanc cəhətindən dəyişməz olaraq gəlib günümüzə çatmışdır və həm də kamilliyini qoruyub saxlamaqda davam edir. Demək olar ki, dinimizin kitabı müqəddəs Qurani Kərim hər əsrdə elmə bir yeni töhfə verməkdədir. Hələ yeddinci əsrdə sevimli islam peyğəmbəri Hz. Muhəmməd (s) tərəfindən söylənmiş balıq haqqındakı hədis bu gün də yeni iyirmibirinci əsrdə də öz aktuallığını qoruyub saxlayır.
    Uca Rəbbimiz (c.c) Qurani Kərimdə buyurur. ”Ey inananlar, itaət edin Allaha və Rəsuluna!”
    Əziz islam peyğəmbəri (s) buyurur: ”Mənim sözlərimi Quran ayələri ilə tutuşdurun! Əgər onlar bir-birini tamamlayırsa deməli mənim sözlərimdir, əks təqdirdə onu divara vurun!” (Yəni, əgər hədis və ayələr uyğun gəlmirsə Peyğəmbərin (s) adından uydurulmuş sözlərdir demək. Bəli, çox təəssüf ki, bu gün islamın bədxahları saxta hədisləri çox qabardırlar.
    Dinimizin ən böyük tövsiyyəsi:Uca Yaradanı öz haqqıyla tanımaq və ona şərik qoşmamaq və bundan sonra valideynlərə itaət, məhəbbət və sonsuz sayğısevgi ilk sıralarda öz yerini tutur. İsra surəsinin 23-cü ayəsindən 38-ci ayəyə qədər çox qiymətli nəsihətlərdən təşkil tapmışdır ki, bu günün müsəlman gəncləri hökmən bunları oxusa və həyatında tətbiq etsə heç vaxt peşiman olmaz. Allah-Tala Kitabında buyurur ki, “Qohumlara sileyi rəhm edin! “(yəni, onlarla əlaqəni möhkəmlədin, bir-birinizdən küsməyin, bir-birinizi sevin və hörmət edin.
    Bu gözəl dinimiz bizə ən çox tövsiyə edir və bəzən də tələb edir ki, təkəbbürdən uzaq olun! Allahın eqoist insandan, özünü başqalarından üstün tutan insanlardan xoşu gəlmir! Necə ki, əziz İslam Peyğəmbəri(s) buyurur; “Zəngin fəqirdən, ağdərilinin qaradərilidən heç bir üstünlüyü yoxdur. Əgər fərq qoyulsaydı üstünlük insanın imanına və elminə verilərdi!”
    Müqəddəs islam dini mənsublarına sadə və mehribanlığı əmr edir, çünki bu dünyanın heç bir etibarı yoxdur! Bu qısa həyatımızda kiməsə zülm, əziyyət verməmək buyrulur bizə. İslam dini qətiyyətlə qan tökmənin günahsız insanlara qarşı aqressiv davranışların əleyhinədir. Dinimiz bizə humanist olmağı, həm zahirən və həm də daxilən təmiz ol-mağı, özümüzdən böyüklərə hörmət, özümüzdən kiçiklərə məhəbbət göstərməyi, ailədə, cəmiyyətdə nümunəvi bir insan, həqiqi bir müsəlman olmağı tələb edir.
    Allah-tala biz müsəlmanları bütün gözəl işlərdə müvəffəq etsin, amin.

    Saleh Ədilov

    Müəllif: Redaktor, 10:22

İsmarıclar bağlıdır.