Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Dek

    Çörək insanlar üçün mü-qəddəs nemətdir. Belə deyirlər ki, dünyaya əvvəl çörək sonra Quran gəlib. Ona görə də çörəyə Quran kimi hörmət edirik.
    Körpəlikdən valideynlərimizdən və müəllimlərimizdən eşitmişik ki, ayaq altında çörək parça-sı gördükdə götürərək, öpüb gözlərimizin üstünə qoyaq.
    Çörəyi and yeri bilirik. Bir yerdə çörək yeyən insanların bir-birinə xüsusi bağlılığı olur. And içəndə “çörək haqqı!”, “bərəkət haqqı!” deyirik. El arasında bu müqəddəs nemətlə bağlı xeyli atalar sözləri vardır: “Çörək itirən, çörək tapmaz”, “Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik”, “Çörəyi tək yeyən yükün özü çəkər”, “Çörəyi torpaqdan al kiminsə ağzından yox”. Hətta namərd adamların haqqında “Çörəyi dizinin üstündədi”, “Çörəkitirən”, “Çörəkiti-rən çörək tapmaz”, “Bir tikəni bilməyən min tikəni də bilməz”, “Tikəni görməyən yekəni də görməz”, yaxşı adamların barəsində isə “Çörək verən adam” deyimləri var.
    Hal-hazırda mağazalarımızda çeşid-çeşid çörək satılır. Buğda unundan hazırlanan çörəyin müxtəlif növləri vardır: ağ çörək, səngək, yuxa, lavaş, fətir, xamralı, ləzgi çörəyi, kəpək çö-rəyi və s. 1941-1945-ci illərdə xalqımız çörək-dən çox ehtiyac çəkib. Çətinliyə baxmayaraq, camaat son tikə çörəklərini də cəbhəyə yollayırdı.
    Hər kəs çörək qazanmaq üçün özünə bu həyatda bir sənət seçir. Çörəyi çətinliklə qa-zananlara “Çörəyi daşdan çıxır” deyirlər.
    Müasir dövrdə ölkəmizdə çörək bol olsa da, gərək biz çörəyin israf olunmasına yol verməyək. Çörəyin israf olunmaması üçün onu sərin və quru yerdə sax-lamaq lazımdır.
    Uşaq vaxtı Dədə Şəmşirin çörəklə bağlı yazdığı belə bir şeirini oxumuşam:
    Atasan, anasan elə, elata,
    Hamının məsləki, əxlaqı çörək.
    Əzəl başdan zəminkarsan həyata,
    Xilqətin dirəyi, dayağı çörək.
    Çörək yeyəndə adamı süfrədən qaldırmazlar, qarşısına çörəklə kimsə çıxanda sevinər. Yuxuda çörək görən adamın bol ruzi qazanacağını deyirlər.
    Bəlkə də çoxlarınızın bildiyi dini hekayə var:
    Bir kişi gəlib deyir ki, ya Peyğəmbər, mənim əmlakım o qədər boldu, mən onu xərcləyib qurtara bilmirəm. Mən ney-niyim ki, o, bir az azalsın?
    Deyir:
    –Çörək yeyəndə əlini altına tut. Qoy o tikələrdən yerə düşməsin.
    Bu da hamının qabağına bir torba tikdirir, deyir ki, çörək tikələri yerə tökülməsin. Çörəyin ruzusu həmən ruzudan da beş dəfə də yuxarı olur.
    Gəlir yenə Peyğəmbərin qarşısına deyir:
    –Ya Peyğəmbər, mənim çörəyim azalmaq əvəzinə bir az da artdı.
    Deyir:
    –Sən çörəyi necə yedin?
    Deyir:
    –Əlimi onun altına tutmadım, çünki əlimdən qırıntılar yerə düşdü. Torba tikdim, torbaya töküldü.
    Deyir:
    –Get, sən çörəyin qədrini bilən insansan. Sənin çörəyinə Allah-Taala heç vaxtı ziyan gətirməz.
    Daim ölkəmizə sülh və əminamanlıq arzu edirəm ki, xalqımızın çörəyi, ruzisi bol olsun!

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 10:35

İsmarıclar bağlıdır.