Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Dek

    “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
    Heydər ƏLİYEV
    Dil milli-mənəvi dəyərlərimizə aid olduğu üçün adətlərimiz və mədəniyyətimizlə eyni sırada dayanır.
    Xalqımızın yaşadığı yer adlarının(Dərbənd, Göyçə, Təbriz və s.) ana dilimizdə olması sübut edir ki, Azərbaycanın qədim tarixi vardır.
    Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupunun oğuz-səlcuq yarım-qrupuna daxildir. Qədim zamanlarda dilimiz ərəb və fars dillərinin təsiri altında olsa da, orta əsr dövründən başlayaraq İmədəddin Nə-simi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və s. şairlərin yaradıcılıqları ilə Azərbaycan dilində yazmaq ənənəsi saray dilini üstələdi. Cəlil Məmmədquluzadə “Anamın Kita-bı” pyesində yad dillərdən istifadə edən adamların si-masında dil məsələsini daha qabarıq şəkildə əks et-dirib. Böyük dramaturq “Azərbaycan” məqaləsində yazırdı:
    Dilim nə dilidir?
    –Azərbaycan dilidir.
    İctimai xadim Sultan Məcid Qənizadə Azərbaycan dili haqqında deyirdi: “Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarı-ğına malik olmaqla öz xü-susiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox ma-raqlıdır… Buradakı xüsusiyyətlərə bənzər hadi-sələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar”.
    Azərbaycan dilinin inki-şaf dövrləri:
    I dövr–Azərbaycan ədə-bi dilinin formalaşması və tədricən inkişaf dövrü (V-XVIII əsrlər);
    II dövr–Azərbaycan ədəbi dilinin tam sabitləşməsi dövrü (XIX əsr);
    III dövr–Azərbaycan ədəbi dilinin geniş inkişaf yolu keçməsi dövrü (XIX-XXI əsrlər).
    Bütün xalqların dillərinə başqa dillərdən sözlər keçib. Qeyridillərdən alınma sözlərin keçməsinə səbəb elm və texnikanın inkişafı, siyasi, iqtisadi əlaqələr olub.
    Başqa dillər kimi bizim lüğət fondumuza da sözlər daxil olub. Belə sözlər alınma sözlər adlanır. Onlar 2 qrupa bölünür:
    1 .Ərəb-fars mənşəli (XIII əsr)
    2. Avropa mənşəli (XIX əsr)
    Ərəb-fars mənşəli sözlərin dilimizə daxil olma-sının tarixi qədim olduğu üçün onlar artıq milliləşməyə başlayıb. Lüğət fondumuza daxil olan tədris və mədrəsə ilə bağlı sözlərin hamısı alınmadır. Məsələn, məktəb, qələm, kitab, məscid və s. Alınma sözləri milli ifadələrdən fərqləndirmək üçün bunları bilmək lazımdır: sözdə qo-şa sait(saat, ailə və s.), uzun tələffüz olunan sait (şikayət, memar, əfsanə və s.), r samiti ilə başla-yan(real, relyef və s.), tər-kibində j samiti olan sözlərin ( janr, jurnal və s.), sonu o, ö, e saitləri ilə bi-tən sözlər(kino, forte, met-ro və s.), qoşa samitlə bitən birhecalı sözlər (hədd, ahəng, sentyabr), əvvəli ak və af birləşmələri ilə başlayan (Afət, akvarium, afərin), qoşa “yy” samitli sözlərin hamısı, dövriyyə, ezamiyyət, iqtisadiyyat, maliyyə, nəzəriyyə, sözdə ahəng qanununun pozulması (vəfa, hakim və s.), i və ü ilə başlayan(inşa, üfüq, ibrət və s.), əvvəlində q samitindən sonra i və ü saitlərinin işləndiyi sözlər alınmadır(90%) (qismət, qüssə, qüvvə, qibtə, qida, qişa, qitə, qübbə, qürur, qüdrət, və s.)
    Başqa dildən keçən sözlərin bəziləri Azərbaycan dilinin qayda-qanunlarına tabe olub. Məsələn, qazeta-qəzet və s.
    Bir çox alınma ifadələrin öz dilimizdə qarşılığı var-dır. Fikrimcə, hər bir Azər-baycan vətəndaşı “fortiçka”nınəfəslik”, “oçkini”–“gözlük”, “ventilyatoru–“sərinkeş” və s. sözləri ilə əvəz edə bilərlər. Tam qarşılığını işlədə bilmədiklərimizin yerinə heç olmasa bir hissəsini doğma dili-mizdə söyləyək. Məsələn, “televizor”–“telegüzgü”, “qələmyazan” və s. deməklə həm dilimizin saflığını qoruyub saxlayarıq, həm də alınma sözləri ara-dan qaldıra bilərik. Çox dil bilmək əlbbəttə gözəldir.
    Mağazalara, kafelərə, restoranlara bəzən əcnəbi və başadüşülməz adların verilməsi dözülməzdir. Yaxşı olar ki, həmin adlar Azərbaycan dilində yazılsın. Çünki Azərbaycan di-linin başqa xalqların söz-lərinə ehtiyacı yoxdur.
    Xəlil Rza Ulutürkün dili ilə desək:
    Kim qorumur öz dilini,
    İtsin mənim gözlərimdən ilim-ilim,
    O sahili bu sahillə birləşdirən
    Polad körpüm, qılıncımdır,
    Günəşimdir mənim dilim!
    Bəxtiyar Vahabzadənin təbirincə desək; “Ana dilimiz bizim kimliyimizdir”.
    Dil və dilçilik geniş və aktual məsəlidir. Dilçilik sahəsinin folklorşünaslıq, etnoqrafiya, təbiət, məntiq, tarix, coğrafiya və digər sahələrlə sıx əlaqəsi vardır. Müasir dövrdə onu yad ün-sürlərdən, təsirlərdən qorumaq çətin olsa da, biz hər zaman dilimizin mükəmməlliyini uca tutmalıyıq.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 10:39

İsmarıclar bağlıdır.