Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Dek

    Görüşdə rayon icra haki-miyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin, xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahlarının yaxşılaşdığını qeyd etdi.
    Rayon rəhbəri şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əmək-haqqının 180 manatdan 250 manata çatdırılmasını, minimum pensiyanın, tələbələrin təqaüdlərinin əhə-miyyətli dərəcədə artırılmasını, qaçqınlar və məcburi köçkünlər də daxil ol-maqla bütün növ müavnət-lərin 100 faiz həcmində qaldırıldığını diqqətə çatdırdı.
    Qeyd olundu ki, möhtərəm Prezidentimiz islahatların bundan sonra da davam edəcəyini bildirib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib. İslahatlar bir çox sahələri əhatə edir. Yeni Azərbaycan Partiyası siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsü də bu islahatların məntiqi davamıdır.
    Sonra icra başçısı son beş ildə rayonda tikinti-abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd edib. Bildirilib ki, indi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muze-yi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.
    Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb.
    Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyinin tikintisi yekunlaşıb.
    İcra başçısı 115 inzibati binanın dam örtüyünün dəyişdirildiyini, binaların giriş və fasad hissələrinin təmir olunduğunu, 5 nümunəvi məhəllə salındığını, şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Mehdi Hüseynzadə küçələrində asfalt salın-dığını bildirdi, hazırda Bəs-ti Bağırova küçəsində abad-lıq işləri, asfaltlanma aparıldığını qeyd etdi.
    Rayon rəhbəri 2020-ci il-də rayonun Köçərli, Azad- qaraqoyunlu kəndlərinə də içməli su xətti çəkiləcəyini, kəhrizlərin də bərpa olunacağını göstərdi. Söylədi ki, bütün görülən işlərin mər-kəzində insan amili, onun maddi-rifah halının yaxşılaşdırılması durur.
    Sonra Köçərli kənd İƏD üzrə nümayəndə Mübariz Yunusov kənd haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Köçərli kəndinin 420 təsərrüfatı, 1281 hektar ərazisi var. Kənddə 1757 nəfər əhali yaşayır. Ərazidə tam orta məktəb, tibb məntəqəsi, kitabxana, 7 ticarət, 8 iaşə, 2 məişət obyekti, ATS fəaliyyət göstərir.
    Bu il Köçərli kəndinin sa-kinləri 24 hektar buğda, 277 hektar pambıq, 115 hektar arpa, 162 hektar yonca, 9 hektar çuğundur, 94,5 hektar tərəvəz əkiblər. Hər hektardan 40,1 sentner taxıl, 42,2 sentner pambıq, 31,5 sentner arpa, 250 sentner çuğundur götürüblər.
    İcra nümayəndəsi kəndin fasiləsiz işıq, qaz ilə təmin olunduğunu, su arxlarının 3500 metrinin lildən təmizləndiyini, 1500 metr kəndarası yolun təmir olunduğu-nu, ərazidə 400 ədəd ağac əkildiyini, 1 ədəd yeni transformator quraşdırıldığını bildirdi.
    Sonra sakinlərin müraciətləri dinlənildi.
    Saməddin Hacıyev, Rəna Əsgərova, Bayram Məm-mədov, Elçin Zeynalov, Müşgünaz Qəmbərova, Ziyəddin Nəcəfov, Abbas Əliyev, Əkbər Hacıyev çxış edərək, kəndin baş yolunun asfaltlanmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, kəndə içməli su çəkilməsinə, 1 ədəd yeni artezian quyusunun qazılmasına, əkin sahələrinin relyefinin düzəldilməsi üçün müvafiq texnikaya, təqaüdçülər üçün rayon mərkəzinə getmək çətin olduğuna görə 1 ədəd bankomata ehtiyac olduğunu bildirdilər.
    Müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Vətəndaşlar əhaliyyə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
    Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

    Müəllif: Redaktor, 10:53

İsmarıclar bağlıdır.