Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Dek

    TƏRTƏR GƏNCLƏRİ SABAHA İNAMLA BAXIRLAR

    Uğurlu illər sırasında mühüm ictimai-si-yasi hadisələrlə, yüksək sosial-iqtisadi inkişaf tempi ilə yadda qalacaq 2019-cu il artıq başa çatmaq üzrədir. 2019-cu ilin qürurverici töhfələri cəbhə bölgəsi olan Tərtər rayonunda da diqqət çəkir.
    Prezident İlham Əli-yevin cəbhə bölgələrinə xüsusi qayğı və diqqəti sayəsində son illər Tərtərin siması müqayisə edilməyəcək dərə-cədə dəyişib gözəlləşmiş, rayon mərkəzi də, kəndlər də abad görkəm almış, bölgə əhalisinin güzəranı, həyat səviyyəsi əsaslı şəkildə yaxşılaşmışdır.
    Dövlətin davamlı qayğısından güc alan tərtərli gənclər yeni quruculuq dövrünün fəal iştirakçılarıdır. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında qarşıya qoyulan vəzifələr rayon gənclər və idman idarəsi olaraq bizim fə-aliyyətimizə yeni və aydın istiqamət verir. Biz tikinti, abadlıqquruculuq işlərində fəal iştirak etməklə, kənd təsərrüfatının müxtəlif sahələrində çalışaraq ölkənin Ərzaq Təhlükəsizliyi Proqramına sanballı töhfələr verməklə yanaşı, yüksək intellektual səviyyəyə malik, vətəni canından artıq sevən yeni nəsil yetişdirilməsinə böyük önəm veririk. Uğurla reallaşan təşkilati, ideoloji işin nəticələri isə fərəhlidir. Öl-kəmizin nüfuzlu ali məktəblərinə qəbul olunan tərtərli məzunların sayı ildənilə artmaqdadır. Bu il təkcə Bakı Dövlət Universitetinə qəbul olunan tər-tərli gənclərin sayı 50 nəfərdən çoxdur. Dövlətin, eyni zamanda Heydər Əliyev Fondunun qayğısı ilə rayonumuzda onlarla məktəb, uşaq bağçası tikilib istifadəyə verilmiş, təhsilin maddi-texniki ba-zası əsaslı şəkildə möhkəmlənmişdir.
    Rayon gənclərinin hərbivətənpərvərlik ruhunda tərbiyəsi gənclər və idman idarəsi olaraq fəaliyyətimizin əsas istiqamətini təşkil edir. Rayonun gənc və yeniyetmələrinin ərazidə yerləşən hərbi hissələrə vaxtaşırı səfərləri artıq bir ənənəyə çevrilmişdir. Hərbi his-sələrdə əsgər və zabit-lərlə maraqlı görüşlər, döyüş texnikası, müxtəlif hərbi silahsursatlarla əyani tanışlıq gənclərin xarakteri-nə əhəmiyyətli dərəcədə təsir edir, onlarda hərb peşəsinə güclü maraq yaradır. Təsa-düfi deyil ki, respubli-kada vaxtaşırı keçirilən “Şahin” hərb-idman yarışlarında tərtərli ye-niyetmələr həmişə fərqlənirlər.
    18 Oktyabr – Müstə-qillik Günü münasibə-tilə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman ida-rəsinin və təhsil şöbə-sinin birgə təşkilatçılığı ilə Azərbaycanın döv-lət müstəqilliyinin bərpasının 28-ci ildönümü münsibətilə “Müstəqilliyimiz əbədidir” şüarı altında möhtəşəm yürüş keçirilmişdir. Yürüş 7 kilometr məsafəni əhatə etmişdir. Tərtər Rayon İcra Hakimiy-yətinin dəstəyi, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 9 Noyabr – Bayraq Gü-nü “Dalğalan ey bay-rağım” adlı aksiya hə-yata keçirilmişdir. Aksiya çərçivəsində rayo-nun mərkəzi küçələ-rində, Qarabağ müha-ribəsi əlilləri və şəhid ailələri üçün çoxmən-zilli yaşayış binalarında, eləcə də erməni işğalından azad edilmiş Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki bina-lardan üçrəngli milli bayraqlar asılmışdır.
    Həmin gün keçirilən yürüşün finalında 180 nəfər məktəblinin iş-tirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağını əks etdi-rən fləşmob nümayiş etdirilmişdir. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənc və yeni-yetmələr arasında hər-bi-vətənpərvərlik hissi-nin, milli-mənəvi dəyərlərə məhəbbətin aşılanmasıdır.
    Hər zaman dövlətinə, Prezidentinə sədaqətli olan Tərtər gəncləri sabaha inamla baxırlar. Onlar doğma Qarabağı erməni işğalından azad etməyə, düşməndən la-yiqli qisas almağa hər an hazırdırlar.

    Emin PƏNAHOV,
    Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi
    “Azərbaycan” qəzeti

    Müəllif: Redaktor, 10:58

İsmarıclar bağlıdır.